Sabunçuda rəzalət - Kərə yağları küçəyə atıldı/Video


Bakının Sabunçu rayonu, 2 aprel küçəsi, 4-cü mədən ərazisində istifadə müddəti bitmiş kərə yağlarını yolun kənarına atıblar. Sakinlər deyir ki, bir neçə gün öncə yaranan eybəcər mənzərə onları narahat edir. Yağ əriyir, üfunət iyi ətrafa yayılır, zibilliyə küçə itləri yığışır.

Məsələylə bağlı qida təhlükəsizliyi agentiliyindən bildirdilər ki, istehlaka yararsız qida məhsullarının məhvetmə prosesi qaydalara uyğun, ətraf mühiti çirkləndirmədən vəsanitar-epidemioloji salamatlığa xələl gətirmədən həyata keçirilməlidir. Həmçinin sanitar-epimeoloji salamatlıq baxımından təhlükə törədən mallar məhv edilmədən əvvəl zərərsizləşdirilməlidir.

Yeyinti məhsulları yalnız qanunla müəyyən edilmiş yerlərdə və texniki-normativ sənədlərin tələblərinə uyğun qaydada məhv edilə bilər. İstehlaka yararsız yeyinti məhsullarının açıq şəkildə, yaşayış sahələrinə yaxın, qanunla müəyyən edilməmiş qaydada məhv edilməsiisə yolverilməzdir.Sahibkarların öhdəliyində istehlaka yararsız qida məhsulları olduqda onların məhvedilməsi ilə bağlı Agentliyə müraciət edə bilərlər. Agentlik məhvetmə prosesinin qaydalara uyğun aparılması üçün onlara hər cür metodiki köməklik göstərə bilər.

İqtisadiyyat xəbərləri

Camaat şikayət etdi: "Azenne Group" MMC-nin tikdiyi 25 mərtəbəli binanın tikintisi dayandırıldı

26-04-2019 15:56 - Cebhe.info - İqtisadiyyat
Camaat şikayət etdi: "Azenne Group" MMC-nin tikdiyi 25 mərtəbəli binanın tikintisi dayandırıldı
 26/04/2019 15:56:47 Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsi, 17 ünvanında aparılan qeyri-qanuni tikinti işlərini dayandırıb.

Cebhe.info Komitəyə istinadən xəbər verir ki, 2018-ci ilin noyabr ayında Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsi, 17 ünvanında yerləşən yaşayış kompleksinin sakinləri tərəfindən yaşadıqları binalar qarşısında boş sahədə hündürmərtəbəli evlərin tikintisinə başlamaq cəhdləri barədə kollektiv şikayət Komitəyə daxil olub.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mütəxəssisləri tərəfindən məsələ ilə bağlı aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən 2018-ci ilin mart ayında həmin ərazidə çoxmərtəbəli yaşayış binasının "Azenne Group" MMC tərəfindən tikintisinə icazə icraatına başlansa da, icraat başa çatdırılmamış və həmin binanın tikintisinə icazə verilməyib.

Bununla əlaqədar, Komitə tərəfindən aidiyyəti dövlət qurumlarına qanunvericiliklə müəyyən olunmuş qaydada tikintiyə icazə alınana qədər bu ərazidə tikinti işlərinin dayandırılması ilə bağlı müraciət ünvanlanıb.

"Azenne Group" MMC tərəfindən təqdim olunmuş layihəyə əsasən 4 girişli 22-25 mərtəbəli yaşayış binasının tikintisi nəzərdə tutulurdu ki, bu da şəhərsalma qanunvericiliyi ilə tikinti sıxlığı üzrə həmin ərazi üçün müəyyən olunmuş normaları bir neçə dəfə üstələyir.
Teleqraf.com digər xəbərlər