Şagird pəncərədən tullanaraq qaçdı: Təhsil İdarəsi araşdırmaya başladı


Şagird pəncərədən tullanaraq qaçdı: Təhsil İdarəsi araşdırmaya başladı

Bakının 239 saylı orta məktəbində şagirdin ikinci mərtəbənin pəncərəsindən tullanmasını əks etdirən görüntülər yayılıb.

Videogörüntülərdən aydın olur ki, şagird həyatını təhlükəyə ataraq, dərsdən qaçmağa çalışır.

Cebhe.info məsələ ilə bağlə sözügedən məktəblə əlaqə yaradıb. Özünü Püstə müəllim kimi təqdim edən xanım baş verənləri təsdiqləyəndən sonra bağlantını yarıda kəsib.

Növbəti cəhdimizdə də eyni hal təkrarlanıb. Bu dəfə telefona direktorun təsərrüfat məsələləri üzrə müavini olduğunu deyən şəxs cavab verib. O da sualı dinləyəndən sonra əlaqəni kəsib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi məsələ ilə bağlı araşdırma aparır. Videogörüntünün hansı məktəbə aid olduğu müəyyən edildikdən sonra müvafiq tədbirlər görüləcək.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 199