​Şagirdi intihar edən məktəbin direktoru ilə bağlı İLGİNC FAKTLAR

​Şagirdi intihar edən məktəbin direktoru ilə bağlı İLGİNC FAKTLAR

Bakıda şagirdi intihar edən 162 saylı məktəbin direktoru Sevin Abbasova ilə bağlı yeni faktlar üzə çıxıb.
Buta.media-nın məlumatına görə, intihar edən şagirdə "pozğun ailənin uşağı" damğasını vuran qəhrəman direktorla bağlı bundan öncə də şikayətlər olub.
Belə ki, yerli KİV-də 2019-cu ilin fevral aynda Sevin Abbasova ilə məcburi köçkün ailəsi arasında qalmaqal yaşanıb. Belə ki, S. Abbasova həmin məktəbdə oxuyan məcburi köçkün Səbahət Mehdiyevanın övladını 9-ci sinif şagirdini mütəmadi olaraq təhqir edib.
Bu səfər də direktor əxlaq normalarını ortaya gətirərək məktəbli qıza bildirib ki, "bəs sən niyə oğlanla bir yerdə oturursan?".
S. Mehdiyeva məktəb direktorundan şikayət edərək bildirib ki, S. Abbasova onun qızını məktəbdən qovmaq istəyib:
"Qızım əlaçıdır, şərəf lövhəsində də fotosu var. Həmin sinifdəki iyirmi uşağın hamısını direktor gözümçıxdıya salmışdı. Qayınatam Təhsil Nazirliyinə zəng vurdu. Bundan sonra direktor bizimlə düşmən oldu.
Bundan əvvəl də beşinci sinifdə oxuyan oğlumun sənədləri üstümə tullamışdı. Demişdi ki, sən məcburi köçkünsən, apar uşağın məcburi köçkün məktəbində oxusun, burada oxumağa haqqı çatmır. Mən də uşaqlarımı aparıb Zəngilan məktəbinə qoydum".
Xatırladaq ki, bir neçə gün əvvəl məktəbin səkkizinci sinif şagirdi Elina Hacıyeva məktəbin üçüncü mərtəbəsindən özünü atıb. O, yaralı halda xəstəxanaya çatdırılıb. Bir neçə gün sonra isə vəfat edib.
Onun məktəbdə şagirdlərin təzyiqi ilə üzləşdiyi, bu səbəbdən də özünü əvvəlcə dərman içərək, daha sonra isə pəncərədən ataraq öldürmək istədiyi qeyd edilir.
Faktla bağlı Azərbaycan Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü intihar həddinə çatdırma) üzrə cinayət işi açılıb.

Hadisə xəbərləri
Elinanın direktorunun daha bir qanunsuz əməli üzə çıxdı

Elinanın direktorunun daha bir qanunsuz əməli üzə çıxdı

26-04-2019 08:55 - Demokrat.az - Hadisə
Lazımsızdırsa dövlətin vəsaiti niyə havaya sovrulur?" Bakı Şəhər Baş Təhsil İdarəsi bildirilib ki, 2018-2019-cu tədris ili üçün 162 nömrəli tam orta məktəbdə məktəbəhazırlıq qrupları yaradılmayıb və bu səbəbdən də heç bir elektron qeydiyyat aparılmayıb. Odur ki, beşyaşlı uşaqların 162 nömrəli tam orta məktəbdə məktəbəhazırlıq qrupuna cəlb olunması rəsmi və faktiki olaraq mümkün deyil. Araşdırma zamanı məlum olub ki, bir neçə beşyaşlı uşaq müəllim və valideynlərin razılığı əsasında müvafiq dövr ərzində fərdi qaydada hazırlığa cəlb olunub. Bunun müvafiq qaydalara uyğun olmadığını nəzərə alaraq, məktəb rəhbərliyində dəyişiklik olduqdan sonra həmin fərdi hazırlıq məşğələsi dayandırılıb Qeyd edək ki, 2018-2019-cu illərdə Bakı şəhəri üzrə hazırlıq qruplarının təşkil ediləcəyi orta məktəblərin siyahısında 162 saylı məktəbin adı olmayıb. Bakı Şəhər Baş Təhsil İdarəsi 162 saylı məktəbdə qanunsuz məktəbəqədər hazırlıq qruplarının fəaliyyət göstərməsi ilə bağlı AFN-in yazısına mövqe bildirib.  Saytımızın sorğusuna cavab olaraq idarədən bildirilib ki, dövlət ümumi təhsil müəssisələrində məktəbəhazırlıq qrupları 2015-2016-cı tədris ilindən fəaliyyətə başlayıb: "Məktəbəhazırlıq qruplarına şagird qəbulu www.mektebeqebul.edu.az elektron sistemi vasitəsilə həyata keçirilir.
Muxalifet.az digər xəbərlər