“Sağlam gənclik, sağlam gələcək” layihəsi çərçivəsində şahmat turniri keçirilib

“Sağlam gənclik, sağlam gələcək” layihəsi çərçivəsində şahmat turniri keçirilib

Sabunçu Gənclər Evinin təşkilatı dəstəyi ilə Azərbaycan Respublikası Gənclər Fondunun XI qrant müsabiqəsinin qalibi "Sağlam gənclik, sağlam gələcək" layihəsi çərçivəsində şahmat turniri baş tutub. "OLAYLAR"-a daxil olan məlumata görə, 50-yə yaxın gəncin iştirakı ilə şahmat turniri Bakı Gənclər Mərkəzində keçirilib. 7 turdan ibarət yarışa öz sahəsinin mütəxəssisi rəhbərlik edib. Yarışın sonunda I, II, III yerlər üzrə mükafatlandırma olub. Qaliblər sertifikat, medal və hədiyyələrlə təltif olunublar.

Qeyd edək ki, Azərbaycan Respublikası Gənclər Fondunun XI qrant müsabiqəsinin qalibi "Sağlam gənclik, sağlam gələcək" layihəsi gənclərin sağlam inkişaf etmələri, sağlam mühitin formalaşması və bunun vərdiş halını alması üçün həyata keçirilir. 3 mərhələdən ibarət layihədə - şahmat, stolüstü tenis turniri və marafon yarışı keçiriləcək.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

İdman xəbərləri
Olaylar.az digər xəbərlər
Müharibə veteranlarına Prezident təqaüdü təsis edildi

Müharibə veteranlarına Prezident təqaüdü təsis edildi

15-04-2019 18:33 - Olaylar.az - Siyasət
Müəyyən edilir ki, fərmana əsasən təsis edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə, əmək pensiyası alan və döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə verilir; dövlət büdcəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə nəzərdə tutulmuş xərclər hesabına həmin nazirlik tərəfindən ödənilir;bu Fərmanın 1-ci hissəsinə əsasən təsis edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünü və müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə, 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və "Leninqradın müdafiəsinə görə" medalı, "Leninqrad mühasirəsində yaşayan" döş nişanı ilə təltif edilmiş şəxslərə, ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən I qrup əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünü almaq hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin qeyd olunan təqaüdlərindən yalnız biri - ən yüksəyi verilir.
Prezident 4 fərman və daha bir sərəncam imzaladı

Prezident 4 fərman və daha bir sərəncam imzaladı

15-04-2019 17:17 - Olaylar.az - Siyasət
"Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (II kitab), maddə 259, № 3, maddə 460, № 4, maddə 670, № 6, maddələr 1025, 1063, № 7, maddə 1272, № 9, maddə 1468, № 10, maddələr 1614, 1638; 2017, № 2, maddələr 176, 202, № 3, maddə 351, № 4, maddələr 530, 537, № 6, maddə 1101, № 7, maddələr 1314, 1346, № 8, maddə 1521, № 9, maddə 1637, № 10, maddələr 1788, 1798, № 11, maddələr 2003, 2027, № 12, maddələr 2290, 2320; 2018, № 1, maddə 36, № 2, maddələr 198, 201, № 3, maddələr 418, 428, 443, 445, № 5, maddələr 914, 918, 926, 955, № 6, maddələr 1225, 1234, № 7 (I kitab), maddələr 1465, 1477, 1494, 1504, № 8, maddələr 1678, 1697, № 9, maddə 1840, № 11, maddələr 2244, 2256, 2273, 2289, № 12 (I kitab), maddələr 2541, 2566, 2573, 2610; 2019, № 1, maddələr 52, 68; Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 12 mart tarixli 586 nömrəli Fərmanı) 5.27-1-ci bəndinə "Nazirliyi," sözündən sonra "taksi minik avtomobilində tütün çəkilməsinə münasibətdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi," sözləri əlavə edilsin.2.