Sahibkarlara 600 milyon manat güzəştli kredit verilib

Sahibkarlara 600 milyon manat güzəştli kredit verilib

İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu sahibkarların maarifləndirilməsi, sahibkarlıq fəaliyyətinin təşviqi və sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsini davam etdirir. Nazirlikdən "Olaylar"a bildirilib ki, bu istiqamətdə növbəti tədbir Xəzər rayonunun Mərdəkan qəsəbəsində keçirilib. Forumda çıxış edən İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov qeyd edib ki, indiyədək Bakı şəhəri, həmçinin onun kənd və qəsəbələrində faəliyyət göstərən sahibkarlıq subyektlərinin 2 500-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 600 mln. manat güzəştli kredit verilib. Hazırda sahibkarlığın güzətli qaydada maliyyələşdirilməsinin davam etdirildiyini vurğulayan nazir müavini bildirib ki, respublika üzrə bu ilin ötən dövründə investisiya dəyəri 145,7 mln. manat olan 215 investisiya layihəsinin maliyyələşdirilməsinə 33,7 mln. manat güzəştli kredit ayrılıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

İqtisadiyyat xəbərləri
Olaylar.az digər xəbərlər