Sahibkarların xeyrinə işləyən qanun layihəsi gəlir: “Yaxşı nəticələri olacaq”

Sahibkarların xeyrinə işləyən qanun layihəsi gəlir: “Yaxşı nəticələri olacaq”

Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında yeni qanun layihəsinin ötən ilin sonlarında qəbul edilməsi gözlənilsə də, faktiki olaraq bu, baş vermədi.

Xeberle.com bildirirki, modern.az saytı "Aqrar sığorta haqqında" qanun layihəsinin nə zaman müzakirəyə çıxarılacağı barədə məlumat öyrənməyə çalışıb.

Milli Məclisin deputatı Vahid Əhmədov saytımıza açıqlamasında qanunla bağlı yeniliklərin olacağını söyləyib.

""Aqrar sığorta haqqında" qanun layihəsi çox ciddi sənəddir. Kənd təsərrüfatında yaranmış problemlər, faktiki olaraq sahibkarların əmlakı, onların məhsulları sığortalanmır. Hər hansı hadisə baş verəndə, məhsullar xarab olduqda sahibkarlar faktiki pis vəziyyətdə qalırlar. Ona görə də aprelin 26-da Aqrar siyasət komitəsi ilə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi "Aqrar sığorta haqqında" qanun layihəsini müzakirə edəcək”.

Vahid Əhmədovun sözlərinə görə, qanun layihəsi qəbul olunacağı təqdirdə fermer və sahibkarlar üçün çox yaxşı nəticələri olacaq.

"Artıq "Aqrar sığorta haqqında" qanun layihəsi bizə təqdim edilib. Bu qanun çox böyük əhəmiyyət kəsb edir. Məşğul əhalinin 38%-i kənd təsərrüfatı ilə məşğuldur. Hesab edirəm ki, bu qanun qəbul edilsə, sahibkarlar və fermerlər üçün çox yaxşı olacaq. Onlar öz əmlaklarını, öz məhsullarını sığortalaya biləcəklər”.


Xəbərdən istifadə edərkən istinad etmək vacibdir.

PAYLAŞ

Hadisə xəbərləri
Xeberle.com digər xəbərlər