“Şahin” hərbi-idman oyununun muxtar respublika mərhələsi yekunlaşıb - FOTOLAR

“Şahin” hərbi-idman oyununun muxtar respublika mərhələsi yekunlaşıb - FOTOLAR
Ordu.az xəbər verir ki, oyun 3 turda- məktəbdaxiliseçmə mərhələsi, rayon (şəhər) və muxtar respublika birincilikləri üzrə keçirilib. Hərbi-idman oyununun muxtar respublika mərhələsinə rayon (şəhər) birinciliklərində qalib olmuş komandalar vəsiqə qazanıblar.

Hər komandanın tərkibində 14 nəfər (10 oğlan, 4 qız) VIII və X sinif şagirdləri iştirak edib.

Yarışdan öncə təşkilatçılar tədbirin mahiyyəti haqqında iştirakçılara ətraflı məlumat verib və komandalara uğurlar arzulayıblar. Yarışda məktəblilər sıra hazırlığı, darağa patrondoldurulması və boşaldılması, avtomatın sökülməsi və yığılması, tüfəngdən hədəfə atəş açmaq, fiziki hazırlıq, maneələrin dəf olunması, mülkü müdafiə hazırlığı üzrə tapşırıqları yerinə yetiriblər.

Sonda hakimlərin qərarına əsasən Naxçıvan şəhər 1 №-li tam orta məktəbin komandası I , Ordubad şəhər İnternat tam orta məktəbin komandası II , Culfa rayon Əbrəqunus kənd tam orta məktəbin komandası isə III yerlərə layiq görülüblər.

Qalib komandalara təşkilatçıların kubok və diplomları, yarışda müxtəlif bəndlər üzrə fərqlənən iştirakçılara isə fəxri fərmanlar verilib.

Naxçıvan şəhər 1 №-li tam orta məktəbin komandasımay ayında keçiriləcək "Şahin" hərbi-idman oyunu üzrə Azərbaycan birinciliyində muxtar respublikanı təmsil edəcək.

“Şahin” hərbi-idman oyunununmuxtar respublika mərhələsində 145 nəfər yeniyetmə iştirak edib. Oyunu Gənclər və İdman Nazirliyinin, Təhsil Nazirliyinin, Əlahiddə Ümumqoşun Ordunun, Fövqəladə Hallar Nazirliyinin və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti birgə təşkil ediblər.

İdman xəbərləri
Ordu.az digər xəbərlər
Çağırışçıların həqiqi hərbi xidmətə yolasalma mərasimləri keçirilib - FOTOLAR

Çağırışçıların həqiqi hərbi xidmətə yolasalma mərasimləri keçirilib - FOTOLAR

26-04-2019 15:26 - Ordu.az - Siyasət
Azərbaycan Silahlı Qüvvələrinin keçdiyi tarixi yoldan, Ordumuzun formalaşmasında və güclənməsində xalqımızın ümummilli lideri Heydər Əliyevin və onun siyasi xəttinin layiqli davamçısı ölkəmizin Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin həyata keçirdikləri işlərdən söz açıb.

Bakının Qaradağ rayonunda keçirilən tədbirdə rayon icra hakimiyyəti başçısının birinci müavini Emil Abbasov çıxış edərək Vətəni qorumaq kimi müqəddəs borcun yerinə yetirilməsində çağırışçılara dəyanətli, əzmkar olmalarını, hərbi xidməti şərəflə bitirmələrini arzulayıb.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon idarəsi rəisinin müavini, polkovnik-leytenant Rizvan Sadıqov mərasimdə çıxış edərək, Vətəni göz bəbəyi tək qorumağın müqəddəs və məsuliyyətli vəzifə olduğunu çağırışçıların diqqətinə çatdırıb.

Yolasalma mərasimlərində ictimaiyyətin nümayəndələri, ziyalılar, valideynlər, müharibə veteranları gənclərə hərbi xidmətdə ayıq-sayıq olmağı, hərbi sirlərə və texnikaya mükəmməl yiyələnməyi tövsiyə ediblər.

Hərbi xidmətə yola düşən gənclər adından çıxış edənlər Vətən və xalqımız qarşısında xidməti borclarını şərəflə yerinə yetirəcəklərini, torpaqlarımızın azad edilməsi naminə hər an hazır olacaqlarını söyləyiblər.

Sonda çağırışçı gənclər üçrəngli bayrağımızı öpərək ordu sıralarına yola düşüblər.

Həqiqi hərbi xidmətə çağırış respublikamızın bütün bölgələrində davam edir.