“Saipem Asia Sdn.Bhd” şirkəti Azərbaycandakı filialını bağlayır

“Saipem Asia Sdn.Bhd” şirkəti Azərbaycandakı filialını bağlayır

“Saipem Asia Sdn.Bhd” şirkəti (İtaliyanın “Saipem” şirkətinin Malayziyadakı bölməsi – İF) Azərbaycandakı filialını bağlayır.

“İnterfaks-Azərbaycan” bildirir ki, filialın bağlanması ilə əlaqədar “Saipem Asia Sdn.Bhd” şirkəti kreditorların tələblərini 2 ay ərzində qəbul edəcək.

Qeyd edək ki, "Saipem" şirkəti neft-qaz sahəsində obyektlərin “açar təhvili” əsasında inşası üzrə iri beynəlxalq podratçıdır. “Saipem” şirkəti dünyanın 60 ölkəsində fəaliyyət göstərir və 43 minə yaxın əməkdaşı var.

İqtisadiyyat xəbərləri
Virtualaz.org digər xəbərlər