“Saipem Asia Sdn.Bhd” şirkəti Azərbaycandakı filialını bağlayır

“Saipem Asia Sdn.Bhd” şirkəti Azərbaycandakı filialını bağlayır

“Saipem” şirkəti dünyanın 60 ölkəsində fəaliyyət göstərir və 43 minə yaxın əməkdaşı var

“Saipem Asia Sdn.Bhd” şirkəti (İtaliyanın “Saipem” şirkətinin Malayziyadakı bölməsi – İF) Azərbaycandakı filialını bağlayır.

“İnterfaks-Azərbaycan” bildirir ki, filialın bağlanması ilə əlaqədar “Saipem Asia Sdn.Bhd” şirkəti kreditorların tələblərini 2 ay ərzində qəbul edəcək.

Qeyd edək ki, "Saipem" şirkəti neft-qaz sahəsində obyektlərin “açar təhvili” əsasında inşası üzrə iri beynəlxalq podratçıdır. “Saipem” şirkəti dünyanın 60 ölkəsində fəaliyyət göstərir və 43 minə yaxın əməkdaşı var.(Virtualaz.org)

loading...

İqtisadiyyat xəbərləri
Pia.az digər xəbərlər