Sakinlərdən prezdentə məktub

Sakinlərdən prezdentə məktub

Bakı şəhəri,Səbailrayonu Əlibəy Nüseynzadə küç, bina 8 unvanında yaşayan sakininlər Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və birinci vitse prezident Mehriban Əliyevaya məktub ünvanlayıb. Məktubda deyilir:


"Yazdığımız məktublarSizdən gizlədilir,Sizə məruzə edilmir və buna görə də bu açıq məktubu Sizəünvanlamaq qərarəna gəlmişik.Nazirlər Kabinetinin 25.02.2016-ci il tarixli 86 saylı Qərardansu-istifadə halı tapan Qala Qrup və onunyaratdığı Sabah Residense MTK bizi özyaşadığımız özəlləşdirilmiş mənzillərdən məcburi qaydada çıxarmağa çalışırlar.

Nazirlər Kabinetinin86 saylı,25.02.2013-cı il tarixli Qərarında Səbail rayonu üzrə „pilot Layihəyə 41 yaşayış binası salınmışdır ki, bizim ƏlibəyHüseynzadə küçəsi 8 ünvanında yerləşən yaşadığımız bina isə bu siyahıyasalınmamışdır.

Lakin bina 8-in qəzalı vəziyyətdəolmadığı haqda əlimizdə müstəqil ekspert rəyi olmasına baxmayaraq Qala qrup və Sabahrezidense MTK-nın rəhbərləri və onların əlaltıları sakinlərdən əl çəkmir,insalığa sığmayan müxtəlif təzyiqlərdən istifadə edirlər.

Necə ola bilər ki, nizamnaməkapitalı beş yüz manat olan, 30 avqust 2017-ci ildə Qala Qrup MMC tərəfindən tələm-tələsikyaradılan və peşəkarlıq sertifikatı olmayan "Sabah Residence” MTK, Bayılda sürüşmə zonasında üç ədəd on doqquz mərtəbəlivə bir ədəd on altı mərtəbəli, bir ədəd7mərtəbəli mehmanxana, ticarət mərkəzi və binalar tikməyi planlaşdirir?

Göründüyü kimi qeyd olunanşirkət özbaşınlıq edərək, bizim hüquqlarımızı kobud şəkildə pozur.

Belə ki, Öz şərtlərini sakinlərə məcburi qaydadadiktə edən Qala Group, Sabah Rezidense MTK-nın rəhbərləri binanın sakinləri ilərazılaşmadan mənzillərini tərk etmələri barədəultimatum verirlər. Sabah Rezidenseninhüquq məsləhətçisi Vəkillər Kollegiyasının intizam məsələlərikomissiyasının sədri

Şahmar Məmmədov MTK adından, onlarınmaraqlarından çıxış edərək binada yaşayan 28 ailənin mülkiyyətindən məhrumedilməsi haqqında Səbail rayon məhkəməsinəiddia ilə müraciət etmiş və məhkəmə dəbu iddianı icrata götürmüş, Səbail rayon məhkəməsinin hakimləri ŞahinAbdullayev, Nurəddin Bağırov bina 8-də yaşayan 28 ailənin və onların üzvlərininmülkiyyət, istifadə və digər hüquqlarına xitam verilmişdir və bununla bizim daşınmazəmlaklarımızdan məhrum edilməsi haqqında absurd bir qətnamə çıxarmışdılar.

Qətnamə onunla əsaslandırılmışdır ki,cavabdehlərin yaşadıqları evlər qəzalı vəziyyətdədir və uçmaq təhlükəsialtındadır, həmin mənzillər orada yaşayan sakinlər və ətrafdakılar üçün təhlükəmənbəyidir, cavabdehlərin qarşılıqlı iddia tələbləri əsassızdır, tələblərini əsaslandırdıqlarıhalları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişlər.

Bu qətnamə AzərbaycanRespublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsini və 29-cu maddəsini kobud halda pozmuşdu. Eyni zamanda qətnaməAzərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci, 9.3-cü, 88-ci maddələrini, AzərbaycanRespublikası Mülki Məcəlləsinin 14.2.1-ci, 19-cu, 152.1-ci,152.5-ci, 337.2-ci, 339.1-ci maddələrini pozmuşdu.

30aprel 2019-cu ildə Apelyasiya məhkəməsinin hakimi İlham Kərimli biz sakinlərin daşınmaz əmlaklarımızdanməhrum edilməsi haqqında Səbail rayon məhkəməsinin çıxardığı bu absurd qətnaməniqüvvədə saxlanılması haqda qərar çıxarmışdır.

Əlavə qeyd etmək istəyirik ki, məhkəmədəhakimlər sakinlər tərəfindən qaldırılan məsələləri araşdırmaq istəmir, vəkillərinverdiyi haqlı vəsadətləri qəbul etmirlər, sakinlərin çıxışları üçün şəraityaratmırlar, məhkəmədə icra hakimiyyətinin hüquqşunası, Dövlət Arxitektura və Şəhərsalma Komitəsindən mütəxəsislərin məhkəmədəiştiraklarini təmin etmirlər. Bu isə məhkəmə hakimlərinin məsələləyə dair ədalətliqərar çıxartmaqda maraqlı olmadığını, kimlərinsə sifarişlərini , göstərişləriniyerinə yetirdiyini göstərir.

AzərbaycanRespublikasının tərəfdar çıxdığı "İnsan Hüquqlarının və Əsas AzadlıqlarınınMüdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən,hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüquunamalikdir, heç kəs cəmiyyətin maraqları naminə, qanuna və beynəlxalq hüququnümumi prinsipləriilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindənmərhum ola bilməz.

Haradagörünüb ki, Azərbaycan Respublikasının mükiyyətçinin Konstitusiya və Dövlət tərəfindəngorunan mülkiyyət hüquqları habelə Azərbaycan Respublikasının qoşulduğu İnsanhüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyası tərəfindəngorunan mülkiyyət hüquqlarına MTK tərəfindən mülkiyyətçinin mülkiyyəthüquqlarına xitam verilə bilər və əmlakını sökə bilər? Bu tamam özbaşinalıqdır.Belə çıxır ki, de-yuro Azərbaycan Respublikasında mülkiyət konstitusiyon səviyəsindədövlət tərəfindən qorunur, lakin de-fakto MTK kimi birisi mülkiyyətçilərinmülkiyyət hüquqlarına xitam verə bilər və əmlakını sökə bilər.

Göründüyükimi "Sabah Residence” MTK özçirkin məqsədinə çatmaq üçün müxtəlif metodlardan istifadə etməkdən çəkinmir.

Hörmətli cənab Prezident biz demokratikdövlətdə yaşayırıq. Demokratik dövlətdə isə qanunun aliliyiən vacib şərtdir. Sizisə bu qanun aliliyinin qarantısınız. Ona görə dəümüdümüz ancaq Sizə və yalnız Sizədir.

Yuxarıdaqeyd edilənləri nəzərə alaraq, sakinlərin konstitusion hüquqlarınınpozulmamasına köməklik göstərməyinizi Sizdən bir daha xahiş edirik".

www.anews.az

loading...

Siyasət xəbərləri
Anews.az digər xəbərlər