"Sakit Don" filminin ulduzu Elina Bıstritskaya vəfat edib

 "Sakit Don" filminin ulduzu Elina Bıstritskaya vəfat edib

SSSR xalq artisti, teatr və kino aktrisası Elina Bıstritskaya 92 yaşında vəfat edib.

ONA TASS-a istinadən xəbər verir ki, bu barədə Moskvadakı Malıy teatrın mətbuat xidməti məlumat yayıb.

Elina Bıstritskaya 1958-ci ildən Malıy teatrda çalışıb. O, “Sakit Don”, “Könüllülər” kimi məşhur filmlərdə rol alıb.

Bildirilir ki, aktrisa ilə vida mərasimi aprelin 29-da Malıy teatrda keçiriləcək.

Mədəniyyət xəbərləri
Ona.az digər xəbərlər