Salyanda ağır qəza, 4 nəfər yaralı

Salyanda ağır qəza, 4 nəfər yaralı

Salyan rayonunda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Dərc edilib: Bu gün, 09:22

Salyanda ağır qəza, 4 nəfər yaralı

Salyan rayonunda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

İnterPress.Az xəbər verir ki, hadisə bu gün gecə saatlarında yeni Ələt-Astara magistral yolunun Arbatan kəndi ərazisindən keçən hissəsində olub

Hərəkətdə olan “Jiquli” markalı avtomobil idarəetməni itirərək mühafizə səddinə çırpılıb. Nəticədə avtomobildə olan Gəncə şəhər sakinləri - 1981-ci il təvəllüdlü Allahverdiyeva Səkinə Abas qızı, 1977-ci il təvəllüdlü Məmmədov Elçin Quzu oğlu, 1992-ci il təvəllüdlü Məmmədov Habil Bəhrəm oğlu və 1989-cu il təvəllüdlü İsmayılov Rauf İsrafil oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.(report)

İnterPress.Az

Baxış sayı: 569

Hadisə xəbərləri
Interpress.az digər xəbərlər