Salyanda ağır qəza, 4 nəfər yaralı

Salyanda ağır qəza, 4 nəfər yaralı

Salyan rayonunda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Hadisə bu gün gecə saatlarında yeni Ələt-Astara magistral yolunun Arbatan kəndi ərazisindən keçən hissəsində olub.


Hərəkətdə olan VAZ markalı avtomobil idarəetməni itirərək mühafizə səddinə çırpılıb. Nəticədə avtomobildə olan Gəncə şəhər sakinləri - 1981-ci il təvəllüdlü Allahverdiyeva Səkinə Abas qızı, 1977-ci il təvəllüdlü Məmmədov Elçin Quzu oğlu, 1992-ci il təvəllüdlü Məmmədov Habil Bəhrəm oğlu və 1989-cu il təvəllüdlü İsmayılov Rauf İsrafil oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.


Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.


Faktla bağlı araşdırma aparılır.(report.az)

Hadisə xəbərləri
Moderator.az digər xəbərlər