Salyanda çayda batan var


Salyan Rayonunun Seyidsadıqlı kəndində 1 nəfər çayda batıb.

Teleqraf.com xəbər verir ki, FHN-nin qaynar xəttinə kimliyi məlum olmayan 1 nəfərin Akkuşa çayında batması barədə məlumat daxil olub.

Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu hadisə yerinə cəlb olunub axrarış aparılır.

Faktla bağlı Salyan rayon Polis Şöbəsinin və FHN-nin əməkdaşları tərəfindən araşdırma aparılır.


Açar sözlər
Salyan Rayon Polis Şöbəsi , Salyan
Hadisə xəbərləri
Teleqraf.com digər xəbərlər