Salyanda yol qəzası baş verib, xəsarət alanlar var

Salyanda yol qəzası baş verib, xəsarət alanlar var

Salyan, 9 may, Mahir Babayev, AZƏRTAC

Salyanda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

AZƏRTAC ın bölgə müxbiri xəbər verir ki, hadisə yeni Ələt-Astara magistral yolunun Arbatan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

“Jiquli” markalı avtomobil mühafizə səddinə çırpılıb. Nəticədə avtomobildə olan Gəncə şəhər sakinləri Allahverdiyeva Səkinə Abas qızı, Məmmədov Elçin Quzu oğlu, Məmmədov Habil Bəhrəm oğlu və İsmayılov Rauf İsrafil oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Hadisə xəbərləri
Azertag.az digər xəbərlər