Şamaxı Astrofizika Rəsədxanasında astroseminar təşkil olunub

Şamaxı Astrofizika Rəsədxanasında astroseminar təşkil olunub

Bakı, 26 aprel, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında astroseminar keçirilib.

AZƏRTAC xəbər ki, rəsədxananın qoşa ulduzlar və eruptiv proseslər şöbəsinin müdiri Bayram Rüstəmov iştirakçılara seminar haqqında məlumat verib.

Sonra rəsədxananın ulduz atmosferləri fizikası və maqnetizm şöbəsinin aparıcı elmi işçisi Sabir Əliyev "Pekulyarlıq effektinin maqnit ulduzlarının fotometrik dəyişkənliklərində rolu" mövzusunda məruzə ilə çıxış edib.

Məruzə ətrafında geniş müzakirələr aparılıb və suallar cavablandırılıb.

Açar sözlər
Nəsrəddin Tusi , Sabir Əliyev , Bayram Rüstəmov , Azərbaycan Milli Elmlər Akademiyası , Bakı , Şamaxı
İqtisadiyyat xəbərləri
Azertag.az digər xəbərlər