Şamaxıda“Mənəvi dəyərlər sistemində Nəsimi fenomeni” mövzusunda dəyirmi masa keçirilib

Şamaxıda“Mənəvi dəyərlər sistemində Nəsimi fenomeni” mövzusunda dəyirmi masa keçirilib

Moderator.az xəbər verirki, mayın 2-də Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə Şamaxı şəhərində“Mənəvi dəyərlər sistemində Nəsimi fenomeni” mövzusunda dəyirmi masa keçirilib.TədbirdəMənəvi Dəyərlərin Təbliği Fondunun (MDTF) şöbə müdiri Hatəm Gülməmmədov, DiniQurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şamaxı bölgəsi üzrə şöbəsininmüdiri Rəhim Rəhimli, Şamaxı Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Babaqədir Qədirov,Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) dosenti, pedaqogika üzrə fəlsəfədoktoru Bilal Həsənli, müəllim və tələbə kollektivi iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Şamaxı Şəhər İcra Hakimiyyətinin nümayəndəsi BabaqədirQədirov qeyd edib ki, İmadəddin Nəsimi Azərbaycanın dünya ədəbiyyatına bəxşetdiyi böyük şairlərdən biridir. Nəsiminin əsərləri Azərbaycan dilində yarananşeirin inkişafında öz mütərəqqi xüsusiyyətləri ilə mühüm rol oynamışdır.
Fondun şöbə müdiri Hatəm Gülməmmədov bildirib ki, Nəsimi şair və mütəfəkkirkimi öz zamanının ən qabaqcıl, mütərəqqi simalarından idi. Nəsimi bir insanpərvərkimi, insan dostu kimi əsrlər arxasından irəliyə, gələcəyə baxırdı. Onun gözəlfikirləri, xoş arzuları, böyük sənət əsəri olan şeirləri bugün daha yüksək qiymətləndirilir.


Geniş məruzə ilə çıxış edən ADPU-nun dosenti, pedaqogika üzrə fəlsəfə doktoruBilal Həsənli qeyd edib ki, Azərbaycan, fars və ərəb dillərində böyük və zənginədəbi irs yaratmış İmadəddin Nəsiminin şeirlərində ifadə olunan yüksəkhumanizm, dünyəvilik, mənəvi kamillik, ictimai ədalət və ilahi eşq ideyalarızamanı daha da irəli aparan çağırışlardır.
ADPU-nun Şamaxı filialının müəllimi Rima Quliyeva söyləyib ki, Nəsimi insanısevməsi baxımından, o cümlədən Azərbaycan dilində, o dövrdə, bəlkə də ədəbi dilüçün hələ xarakterik olmayan dil və üslub məqamlarını gətirdiyinə görə bizimüçün çox əzizdir.
ADPU-nun Şamaxı filialının dosenti, tarix elmləri üzrə fəlsəfə doktoru ZərifəCavadova bildirib ki, Nəsimi bütün həyatı və yaradıcılığı boyu müqəddəsamalları uğrunda mübarizə aparıb. Tarix və ilahi ədalət bir daha onu göstərirki, bu mübarizədə Nəsimi qələmi qalib gəlib.


DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli Nəsiminin özyaradıcılığında Azərbaycan xalqının arzu və istəklərini, ümumbəşəri dəyərləri,insanın fövqəlbəşər varlıq olmasını tərənnüm etdiyini vurğulayıb.
Tədbirin yekununda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Mədəniyyət xəbərləri
Moderator.az digər xəbərlər