“Samsung Galaxy S10” - təkmilləşdirmənin 10 ili

“Samsung Galaxy S10” - təkmilləşdirmənin 10 ili
Smartfonun displeyi cihazın siması sayılır. Kamera ilə çəkilən şəkillər, smartfonun öz əlavələri və hətta cihazın parlaq və ya zəif işıqlandırma şəraitində istifadə rahatlığını məhz displeyin məhsuldarlığı təmin edir.
“Galaxy S10” seriyası “Samsung” telefonları irsinin yeni cəlbedici fəslidir. “Galaxy” seriyasının yaranmasının 10 illik yubileyinə həsr edilən bu xəttin buraxılışı ilə sözü gedən Koreya şirkəti bazarda ən effektiv və güclü displey istehsalını hədəf aldığını vurğuladı. Beləliklə, “Galaxy S10” TÜV Rheinlandtərəfindən sertifikatlaşdırılmış və yayılan göy şüanın intensivliyinin təsvir keyfiyyətinə təsir göstərmədən azalmasını təmin edən Eye Comfort texnologiyasını dəstəkləyən “Dynamic AMOLED” ekran ilə təchiz olunub.
Araşdırmalar nəticəsində Almaniyada yerləşən bu testləşdirmə və sertifikasiya institutu göy işığın əks etdirilməsinin 12%-dən 7% qədər azalmasını müəyyən edib. Qeyd edilən bu göstərici çox böyük əhəmiyyət daşıyır, belə ki, göy işığın təsiri gözlərə ziyandır. Bu nailiyyət sayəsində isə smartfonlarla işləmək daha rahat olub. Lakin, buna baxmayaraq, displey 100%-lik əhatə ilə DCI-P3 rəng qammasında (rəqəmsal kinoteatrlar üçün nəzərdə tutulub) 16 milyondan çox rəng çalarını ifadə etməyə davam edir. Bu səbəbdən DisplayMate ekspertləri tərəfindən “Galaxy S10” ekranının əks etdirdiyi rənglərin real həyatdakı kimi ifadə edildiyini qeyd edib, “ən dəqiq rəngli displey” kimi təqdim olunması gözlənilən haldır. Nəşr qeyd edir ki,“Galaxy S10” rekordlara imza atıb və ya digər model smartfonlarının displey göstəricilərini təkrarlayıb, belə olduğu halda məhsul “Əla, A+” ilə təltif olunaraq ən yüksək qiymətə layiq görülüb.
Həmçinin, “Galaxy S10”-nun ekranı HDR10+ dəstəkləyən ilk mobil displey olaraq təsvir reallığını əvvəllər görünməyən yüksəkliklərə ucaldıb. Yeni texnologiya ilə təchiz olunan bu ekranın test tədqiqatlarında DisplayMate rekord dəqiqlik qeydə alıb.
“Galaxy S10” məhsul xəttinin istehsalında şirkət üçün çətinlik yaradan məqamlardan biri smartfonların korpuslarına 90% nisbətində displey ilə təchiz olunması idi. Beləliklə, istehsalçı yuxarı və aşağı çərçivələrdən təmamilə imtina edərək smartfonun yuxarı küncündə yerləşdirilmiş frontal kameralı 6.1” “sərhədsiz” displey ilə təmin edib. Ekran üzərində selfi kamerasıüçün nəzərdə tutulmuş “oyuğu” olan displey Infinity-O adlandırılıb. “Samsung”, sözün əsl mənasında, displey üzərində pikselləri “ləğv” edərək kamera yerləşdirib, lakin bu əməliyyat nəticəsində ekranın heç bir funksiyası itirməyib. İndi obyektiv səliqəli görünərək ekran üzərində minimum yer tuturvə istifadədə maneə törətmir. Həmçinin, smartfonda xüsusi divar kağızları mövcuddur ki, təqdim edilmiş şəkillərin yuxarı hissələri tund olduğundan kamera modulu sanki görünməz olur.
“Galaxy S10”-un Dynamic AMOLEDdispleyi ultrasəs barmaq izi skaneri ilə təchiz olunub. Bu skaner dərinin üç fəzalı təsvirini oxuyaraq iki fəzalı adi skanerlərdən daha üstün mühafizəni təmin edir.Sadə dildə desək, skaner istifadəçinin barmaqları üzərində yerləşən şırımlardan (zolaqlardan) əks etdirilən əks-sədanı "oxuyaraq" barmaq izinin sahibini təyin edir. Qeyd edilən yeninəsil biometrik autentifikasiya metoduFIDO Alliance Biometric Component tərəfindən sertifikatlaşdırılıb. Ultrasəs üzərində işləyən skanerlər daha yaxşı mühafizə təqdim edir, belə ki, utrasəs saxta barmaq izlərini asanlıqla təyin etməyə qadirdir. Həmçinin, bu növ autentifikasiya yüksək dəqiqlikləri ilə seçilir, skanerəlləriniz hətta yaş olduqda beləsmartfon sahibinin barmaq izinitanıya bilir.
Yeni “Galaxy S10” məhsul xətti mühəndis təxəyyülünün şah əsəri olub, smatfonla istifadədə rahatlıq və komfort hissini təmin etmək üçün yaradılıb.
Yeni “Galaxy S10” seriyasının smartfonları haqqında ətraflı məlumatı “Baku Electronics”, “Irshad Electronics”, “Kontakt Home”, “Maxi.Az”, “Soliton” və “Optimal” mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.