“Samsung” qatlana bilən modelin satışını təxirə saldı

“Samsung” qatlana bilən modelin satışını  təxirə saldı

Cənubi Koreya mərkəzli texnologiya nəhəngi “Samsung” son məhsulu olan qatlana bilən ekranlı smartfon telefonu “Galaxy Fold”un satışa çıxma tarixini təxirə salıb.

Metbuat.az xarici mediaya istinadla bildirir ki, “Samsung”dan verilən açıqlamada “Geri məlumatları dəyərləndirmək və daha çox təcrübə aparmaq məqsədilə “Galaxy Fold”un satışını təxirə saldıq. Qarşıdakı həftələrdə satışa çıxma tarixini elan etməyi planlaşdırırıq”deyilib.

Aprel ayında “Galaxy Fold”un nümunə modelini araşdıranlardan bəziləri telefonun ekranının bir neçə gün içində qırıldığını bildirib.

Daha əvvəl isə “Samsung”un son model telefonunun Amerikada cümə günü satışa təqdim olunması planlaşdırılmışdı.

“Samsung” 3 il əvvəl digər smartfon telefonu “Galaxy Note 7”-ni də bəzilərinin batareya problemi üzündən asanlıqla alışa bilən olduğunun ortaya çıxmasından sonra böyük maliyyə ilə satışdan çıxarmaq məcburiyyətində qalmışdı.

“Galaxy Fold”un dizayn edilib, satışa çıxarılması isə təxminən 8 il vaxt aparmışdı.

https://metbuat.az/news/1169807/13-yasinda-xeyallarindaki-evi-insa-etdi.html

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Açar sözlər
Samsung , Koreya Xəbərləri Class , Koreya
İKT xəbərləri
Metbuat.az digər xəbərlər