"Sarı gəlin"i ermənicə oxuyan türkiyəli müğənni Femida.az-a danışdı - VİDEOMÜSAHİBƏ

"Sarı gəlin"i ermənicə oxuyan türkiyəli müğənni Femida.az-a danışdı - VİDEOMÜSAHİBƏ

"Sarı gəlin"i ermənicə oxuyan türkiyəli müğənni Femida.az-a danışdı - VİDEOMÜSAHİBƏ

22:59 21 May 2018

Türkiyəli müğənni Aydilgenin Kral TV-də canlı konserti zamanı "Sarı gəlin" mahnısının bir kupletini erməni dilində ifa etməsi Azərbaycanda birmənalı qarşılanmayıb.


Məsələ ilə bağlı Femida.az-a açıqlama verən sənətçi bildirib ki, o qonaq olduğu proqramda “Sarı gəlin”i erməni mahnısı kimi təqdim etməyib:

“İki-üç gündür azərbaycanlı qardaşlarımızın anlamadığım şəkildə münasibət göstərdiklərinə görə üzülürəm. Hesab edirəm ki, yalnış anlaşılma olub, ya da kim isə yalnış məlumat verib. Onlar da səhv məlumat üzərindən hərəkət edirlər. Çünki haqsız yerə anama, atama və mənə qarşı söyüş söyürlər.

Qonaq olduğum proqramların birində musiqinin insanları birləşdirdiyindən danışdıq. Biz Türkiyədə hər zaman bunu edirik: yunan mahnılarını türklər, türk mahnılarını yunanlar oxuyur. Önəmli olan bu qardaşlığı musiqini birlikdə dilə gətirməkdir. Məqsəd bu idi. Sevgidən barışdan danışdıq".

Müğənni qeyd edib ki, "Sarı gəlin"in kökləri Azərbaycana dayanan qədim xalq mahnısıdır.

"Proqramda “Sarı gəlin”ə ermənilər də sahib çıxır dedim. Amma mən "ermənilərin türküsüdür" demədim. Sadəcə onların da mahnıya sahib çıxdığını dilə gətirdim. "Sarı gəlin"in kök olaraq azərbaycanlıların olduğunu bilirik. Sonra da "kaş bütün dünya musiqi kimi barış içində olsa" deyə bir dilək tutduq. Ermənilərin necə oxuduğuna maraq duyanlar üçün isə qısa ermənicə oxudum. Amma zatən qalan hissəsini Türkçə oxudum.

Mən Azərbaycan türkcəsində yaxşı oxuya bilmərəm, komik vəziyyətə düşərəm deyə “Sarı gəlin”i Azərbaycan dilində oxumadım. Bilirsiniz ki, sizin ləhcəniz bizim ləhcədən fərqlidir. “Erməni dilində oxuya bilmir” desələr mənim üçün önəmli deyil, amma azərbaycanlı qardaşlarımız desə ki, Azərbaycan dilində pis oxuyur, o zaman üzülərəm. Azərbaycan türkləri ilə eyni soydan gəldiyiməz görə simvolik olaraq Türk dilində oxudum. Azərbacan türkcəsi də türk dilidir.



Mədəniyyət xəbərləri
Femida.az digər xəbərlər