Sarkisyanın qızı məzuniyyətdən sonra vəzifədən azad edilib:"O, özü ərizə yazıb"


Sarkisyanın qızı məzuniyyətdən sonra vəzifədən azad edilib:"O, özü ərizə yazıb"

Ermənistanın keçmiş Prezidenti Serj Sarqsyanın kiçik qızıSatenik Sarkisyan Səhiyyə Nazirliyindətutduğu vəzifədən azad edilib.

“Sputnik Armeniya” xəbər verir ki, o, işdən öz istəyi ilə çıxmaqla bağlı ərizə yazıb.

Bildirilib ki, S.Sarkisyan 2016-cı ildə üçüncü övladını dünyaya gətirib və analıq məzuniyyətinə çıxıb.

Bu günlərdə onun məzuniyyət müddəti başa çatıb.

Səhiyyə Nazirliyi gələcək fəaliyyəti ilə bağlı S.Sarkisyana müraciət edib. Satenik isə onlara cavab olaraq işdən azad edilməsi barədə ərizə göndərib.

Ermənistanın Səhiyyə naziriArsen Torosyanonun ərizəsini qəbul edib və sabiq prezidentin qızının işdən çıxarılması barədə əmr imzalayıb.

Qeyd edək ki, Serj Sarkisyanın Anuş və Satenik Sarqsyan adlı iki qızı var.

Siyasət xəbərləri
Strateq.az digər xəbərlər

Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib:10 MEDİA VASİTƏSİNƏ XƏBƏRDARLIQ EDİLDİ - FOTOLAR

26-04-2019 15:33 - Strateq.az - Siyasət
yerlərdə səyyar satışın (əldə yayımın) bərpasını, iri market şəbəkələrində qəzet satışının təşkilini, Bakı Dəmiryol Vağzalında, Heydər Əliyev Hava Limanında, Bakı Beynəlxalq Avtovağzalında və digər bu kimi yerlərdə qəzet satışının bərpasını və təkmilləşdirilməsini, qəzet köşkləri üzrə icarə haqqı məsələsinin bazar qiymətlərinə və real imkanlara uyğun tənzimlənməsini, yayım firmaları üzərində köşklərdə çalışan işçiləri üçün təlimlərin təşkili öhdəliyinin müəyyənləşdirilməsini, həmçinin yayım firmalarının redaksiyalarla bağladıqları müqavilələrin vahid formasının hazırlanmasını və müqavilələrin bazar şərtlərinə uyğunlaşdırılmasını, səyyar qəzet satıcıları üçün vahid qaydaların və geyimin müəyyənləşdirilməsini, səyyar qəzet satıcılarının vergi ödəyicisi kimi qanunvericilikdə müəyyən olunmuş əlverişli qeydiyyatının həyata keçirilməsinin təmin olunmasını, onların sabit vergiyə cəlb edilmə istiqamətində işlərin aparılmasının zəruriliyinin vurğulanmasını göstərmək mümkündür. Müzakirələrdən sonra “Azedu.az”, “Yenixeber.org”, “Baku News” (baku.news), “42-ci paralel.az”, “Sozcu.info”, “Denizxeber.az” xəbər portalları, “Region mediası” qəzeti, “Ustad” dərgisi, “Loqos”, “Düyməcik”, “Elmi iş” jurnalları, “ONN media” (onn.az) və “Elit” İnformasiya Agentlikləri Şuraya üzv qəbul ediliblər.