“Şarl de Qoll ona sərvət və şöhrət vəd edirdi” – “Lakin o, bütün bunlara “yox” dedi”

Faiq Sücəddinov: “Sovet hökuməti qəhrəmana verilən 100 min dolları da onun əlindən aldı”
“Ümid edirəm ki, Tahirİmanov bu filmin çəkişi üçün gərəkli olan vəsaiti tapa biləcək”
“Planet Parni iz Baku”KVN teatrınınbədii rəhbəri, Əməkdar artist Tahir İmanov mədəniyyət xadimləriilə ölkə başçısının görüşündə II Dünya Müharibəsi qəhrəmanı Əhmədiyyə Cəbrayılovlabağllı film çəkilşi istiqamətində iş apardıqlarından, bunun üçün sadəcə maddi dəstəyəehtiyac duyduqlarından bəhs etmişdir.
Ötən gün T.İmanovla söhbətimizdənbəlli oldu ki, məlum filmin musiqisi görkəmli bəstəkar, xalq artisti Faiq Sücəddinovtərəfindən yazılıb.
Moderator.az olaraq ƏhmədiyyəCəbrayılovla bağlı film, bu filmin xalqımız, tariximiz, mədəniyyətimiz üçün önəmivə s. kimi məsələlərlə bağlı düşüncələrini öyrənmək üçün F.Sücəddinova müraciətetdik.
Moderator.az-aaçıqlamasında öncə Ə.Cəbrayılovun şəxsiyyətinə diqqət çəkən tanınmış bəstəkar,bu filmin ərsəyə gələcəyi təqdirdə xalqımız və dövlətimiz üçün olduqca faydalıolacağını vurğuladı:
“Əhmədiyyə Cəbrayılov çoxböyük insan olub. Sovet ölkələri içərisində Ə.Cəbrayılov kimi tərcümeyi-halıolan ikinci bir şəxs yoxdur. O, Almaniyada, Avstriyada vuruşub. 1939-cu ildəfaşizmə qarşı İspaniyada da mübarizə aparıb. Daha sonra Fransaya gedərəkFransanın xalq hərəkatına qoşulub. Fransanın prezidenti, bu ölkənin milli qəhrəmanıŞarl de Qolla çiyin-çiyinə vuruşub.
Ə.Cəbrayılov Fransanınmili qəhrəmanı idi. Bu gün Fransada milyonlarla erməni yaşayır. Bütün dünyadayaşayan və yaşamış ermənilər arasında bir nəfər də olsun belə bir qəhrəmanmövcud deyil.
De Qoll Moskvaya gələndədemişdir ki, mənim bir dostum var, onunla görüşmək istəyirəm. Ə.Cəbrayılovu Şəkidətapırlar. Ə.Cəbrayılov Moskvada De Qolla görşəndə onlar qucaqlaşıb, ağlayırlarvə birlikdə “Marselyeza” oxuyurlar. Şarl de Qoll gedəndə onun sinəsinəFransanın mili qəhrəmanı ordenini taxdı. Bu, elə yüksək bir ordendir ki, onualan şəxsə hərbi parad zamanı generaldan da öndə getmək hüququ verir. Belə birqəhrəmandan bu gün kitab da yazmaq, bədii və sənədli film də çəkmək lazımdır.
Şarl de Qoll onu Fransayadəvət etdi. Dedi ki, gəl, sən Fransanın ən zəngin admaı olacaqsan. Səni oradakıdostların gözləir. Sənin üçün nə istəyirsənsə edəcəyik. Ona 100 min dollar pulvermişdi. O vaxt SSRİ-də Sülh Fondu deyilən bir fond var idi. Xruşov ona birqonaqlıq verdi. Həmin pulu Sülh Fonduna verdi. Həmin pulu da onun əlindənaldılar. Ona yalançı bir orden verdilər, əsl orden də vermədilər.
Onun ölümü də faciəlioldu. Eşitmişəm ki, onu maşın vurub. Həmin vaxt ona baxan tibb bacısı erməniolub. Qızı onun yanına gələndə deyib ki, ata, mən bir saatlığına ayrılmalıyam.Geri qayıdanda isə görüb ki, atası həyatda yoxdur. Çünki erməni tibb bacısı qoymazdıki, Ə.Cəbrayılov kimi adam yaşasın.
Mən həmin filməinstrumental musiqi yazdım. Tahir İmanov bunu Moskvaya apardı. Orada həminmusiqini təqdim etdi. Bu musiqini dinləyən ruslar heyrətə gəldilər. Onlar ssenarinioxudular və dedilər ki, doğrudan da bu ssenari, bu sima ilə bu musiqi vəhdətdədir.
Ümid edirəm ki, Tahir bəybu filmin çəkişi üçün gərəkli olan vəsaiti tapa biləcək və xalqımız, tariximizüçün önəmli olan bu filmin çəkişi reallaşacaq. Çünki bizim bu işıqlı insanlarıxatırlamağımız, təbliğ etməyimiz, dünyaya tanıtmağımız vacibdir. Biz buideyalarla yaşamalıyıq”.
Seymur ƏLİYEV