Şarmazanov: “Paşinyanın hakimiyyəti dövründə sərmayə yatırımı 7 mlrd azalıb”

Şarmazanov: “Paşinyanın hakimiyyəti dövründə sərmayə yatırımı 7 mlrd azalıb”
Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistanın sabiq iqtidar partiyası olan Respublikaçılar partiyasının mətbuat katibi Eduard Şarmazanov “Sputnik Armenia” agentliyinə müsahibəsində bildirib.

Şarmazanov qeyd edib ki, Paşinyanın hakimiyyəti dövründə sərmayə yatırımı 7 mlrd azalıb.

“2017-ci ildə sərmayə 429 mlrd dram təşkil edirdi. 2018-ci ildə isə 422 mlrd dram təşkil etməklə, 7 mlrd dram azalıb. Guya “Ermənistana qayıdış olub” deyə Paşinyanın dediyi rəqəmlər həqiqəti əks etdirmir. Əslində Ermənistanı tərk edənlərin sayı artıb. Son bir ildə Ermənistanı tərk edənlərin sayı 7800 nəfər təşkil edib.

Baş nazirin büdcəni 800 milyon dollar artırmağa dair vəd etdiyi rəqəm bu gün 40-64 milyard dram səviyyəsinə enib. Həm də, bu geriləmə rəqəmləri yalnız vəd olaraq səsləndirilir.

Paşinyan 50 min iş yerləri barədə danışsa da, 20 min iş yerinin ixtisara salınması barədə heç bir şey danışmır”, - deyə o vurğulayıb.

Alpər Mövludoğlu

Siyasət xəbərləri
Ordu.az digər xəbərlər