Şarmazanovdan Paşinyana: “Bəs sənin Qarabağ konsepsiyan hanı?

Şarmazanovdan Paşinyana: “Bəs sənin Qarabağ konsepsiyan hanı?
Ordu.az xəbər verir ki, bu fikirləri Ermənistan Baş naziri Nikol Paşinyanın Qarabağ məsələsinin həlli üzrə konsepsiyanın olmaması barədə çıxışına toxunarkən, Ermənistan Respublikaçılar partiyasının mətbuat katibi Eduard Şarmazanov “Facebook” səhifəsində ifadə edib.

Şarmazanovun “Facebook”dakı şərhində qeyd edilir ki, bu gün Qarabağ məsələsi ilə bağlı Nikol Paşinyan növbəti dəfə fırladaraq, konkret konsepsiyadan başqa hər şey haqqında danışıb.

“Bəs vaxtilə Paşinyan deyirdi ki, Levon, Robert və Serj Sarkisyanın konsepsiyası ilə heç bir əlaqəsi olmayan konsepsiyası var. Əzizim Nikol, bəs bu konsepsiya hanı? Məlum olur ki, heç bir konsepsiya yoxdur. Addımlayanların qəhrəmanı növbəti dəfə öz məsuliyyətlərini ictimaiyyətin üzərinə atdılar.

P.S. Kasıbçılığın səbəbi xalqın zehnindədir. Qarabağ məsələsinin həlli də həmçinin...

Bəs sən nə üçün lazımsan, ay yoldaş? Sən Baş nazirsən, yoxsa havayı məsləhətçi-ekspert?”, - deyə Şarmazanov qeyd edib.

Xatırladaq ki, dünən İrəvan Dövlət Universitetinin müəllim professor və tələbə heyəti ilə görüşündə Ermənistan Baş naziri Nikol Paşinyan qeyd edib ki, Qarabağ məsələsinin necə həll edilməsini istədiklərinə dair konsepsiyası yoxdur: “Qarabağ məsələsinin necə həll edilməsini istədiyimizə dair konsepsiyamız yoxdur. Mən danışıqlara göndərərkən, demirsiniz, gedərsən və məsələni bu cür həll edərsən”.

Alpər Mövludoğlu

Siyasət xəbərləri
Ordu.az digər xəbərlər