“Saudi Aramco” Cənubi Koreyanın neft emalı şirkətində pay alır

“Saudi Aramco” Cənubi Koreyanın neft emalı şirkətində pay alır

“Saudi Aramco” şirkəti Cənubi Koreyanın neft emalı şirkəti “Hyundai Oilbank”ın 17%-ni aldığını elan edib.


Sövdələşmənin dəyəri 1,24 mlrd. dollar təşkil edir.Razılaşmada Səudiyyə şirkətinin Koreya şirkətindən əlavə 2,9% pay almaq seçimi də yer alıb.


Qeyd edək ki, “Saudi Aramco” Cənubi Koreya şirkətinin 19,9%-ni almaq niyyətində olduğunu bildirmişdi. “Hyundai Oilbank”ın gündəlik emal gücü 650 min barel təşkil edir.(report)

Açar sözlər
Hyundai , Səudiyyə Şirkətinin Koreya Şirkəti , Koreyanın Neft Emalı Şirkəti , Koreya
İqtisadiyyat xəbərləri
Moderator.az digər xəbərlər