Səbail rayonunda 500-dən çox Eldar şamı ağacı əkilib

Səbail rayonunda 500-dən çox Eldar şamı ağacı əkilib

Prezident İlham Əliyevin yeni yaşıllıq sahələrinin salınması ilə əlaqədar verdiyi tövsiyə və tapşırıqlara uyğun olaraq Bakının Səbail rayonunda işlər uğurla davam etdirilir. Səbail Rayon İcra Hakimiyyətindən SİA-ya bildiriblər ki, qurumun təşkilatçılığı ilə rayonun 20-ci sahə yaşayış massivi Gülbala Əliyev küçəsində təbiətin və ekoloji mühitin mühafizəsi istiqamətində beş hektar ərazi qamışlıqdan və məişət tullantılarından təmizlənib.

Həmçinin həmin əraziyə münbit torpaq qatı daşınıb, torpaq sahəsi hamarlanıb və 500-dən çox Eldar şamı ağacı əkilib.

İqtisadiyyat xəbərləri
Nazirlə bağlı prezidentə müraciət edildi

Nazirlə bağlı prezidentə müraciət edildi

15-04-2019 21:27 - Yenisabah.az - İqtisadiyyat
Belə görünür ki, Sahil Babayev də köhnə nazir Səlim Müslümovun yolunu gedir.  Hörmətli cənab Prezident, mən də bu ölkənin vətəndaşıyam, niyə mənim hüquqlarım pozulmalıdır? Sizdən xahiş edirəm bizi Sahil Babayevin zülmündən qurtarasız və mənim 1-ci qrup əlilliyim bərpa olunsun”.  Məsələylə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin mətbuat katibi Gülnar Əzizova “Yeni Sabah”a açıqlamasında bildirib ki, bu barədə araşdırma aparılıb: “Cəlilabad rayon sakini, II qrup əlilliyi olan şəxs Nuriyev Faba Ovezoviçin ona I dərəcə əlillik təyinatının aparılmaması ilə bağlı sosial şəbəkədə əksini tapan şikayəti haqqında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən araşdırma aparılıb.  F.Nuriyev əlilliyinin II qrupdan I qrupa dəyişdirilməsi üçün polikinikaya müraciət etdiyini və əlilliyinin yenidən qiymətləndirilməsi üçün səhiyyə müəssisəsi tərəfindən göndərişin (forma 88) elektron sistemə daxil edildiyini iddia edir. Lakin müəyyən olunub ki, onun əlilliyinin qiymətləndirilməsi ilə bağlı sonuncu dəfə 23.08.2017-ci il tarixində sistemə göndəriş daxil edilib ki, göndərişdəki diaqnoz əsasında da F.Nuriyevə qanunvericiliyə uyğun olaraq II qrup əlillik təyin edilib.
Sia.az digər xəbərlər