"Səbail" Ruslan Qurbanovla bağlı qərarını açıqladı

"Səbail" Ruslan Qurbanovla bağlı qərarını açıqladı

"Səbail" futbolçusu Ruslan Qurbanovla yollarını ayırdığını rəsmən açıqlayıb.

Faktor.az klubun saytına istinadən xəbər verir ki, Qurbanovun muqavilə müddəti sona çatıb və tərflər yollarının ayrılması barəsində qərara gəliblər.

Qeyd edəək ki, 27 yaşlı hücumçu mövsümün əvvəlindən "Səbail"də çıxış edirdi.

İdman xəbərləri
Faktor.az digər xəbərlər
Azərbaycan XİN: Ermənistan rəhbərliyi reallığı dərk etməlidir

Azərbaycan XİN: Ermənistan rəhbərliyi reallığı dərk etməlidir

09-05-2019 22:22 - Faktor.az - Siyasət

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ermənistan siyasi rəhbərliyinin hərbi işğal altında saxladığı Şuşa şəhərinə səfəri və bu xüsusda səsləndirdiyi bəyanatlara münasibət bildirib.

Faktor.az xəbər verir ki, XİN bu çıxışların münaqişə tərəfləri arasındakı son görüşlərdə qəbul edilmiş birgə bəyanatlarla ziddiyyət təşkil etdiyini bildirib:
 
"Ermənistan siyasi rəhbərliyinin hərbi işğal altında saxladığı Şuşa şəhərinə səfəri, bu xüsusda səsləndirilmiş bəyanatlar, eləcə də xarici işlər naziri də daxil olmaqla rəsmi Yerevanın səsləndirdiyi “Artsaxın azadlığının müdafiəsi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli öhdəliyimizin əsasını təşkil edir” kimi fikirlər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar üçün çox yalnış ismarış olmaqla yanaşı, son görüşlərdə qəbul edilmiş birgə bəyanatlarda əks olunmuş əhalilərin sülhə hazırlanması çağırışı ilə kəskin ziddiyyət təşkil edir.

Hadisələrin bundan sonrak mümkün inkişafı ilə bağlı bütün məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür.

Bütün beynəlxalq ictimaiyyət və beynəlxalq təşkilatlar Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü tanıyır.