Şəbnəm efirdə Amerikanı Avropa ölkəsi adlandırdı - TV-ni ittiham etdi

Şəbnəm efirdə Amerikanı Avropa ölkəsi adlandırdı - TV-ni ittiham etdi

ARB TV-də yayımlanan “Hüseynova bacıları” verilişində qonaq olan müğənni Şəbnəm Tovuzlu suallara verdiyi cavabları ilə tənqid atəşinə tutulub.

Verilişin əvvəlində aparıcılar Tovuzlu ilə yarışma keçiriblər.


Oyunun şərtlərinə əsasən, ifaçı hər suala 4 variantda 20 saniyə ərzində cavab verməli olub.


Sadə suallarla başlayan oyun daha sonra çətinləşib.


“Avropada dörd ölkə” sualına Şəbnəm “Amerikanın özü, İtaliya” cavabını verib. Daha sonra əlavə edib:


“Bu yaxınlarda Dubaya getmişdik. Dubay Avropa deyil, amma yaxındır da... Mən oralarda olmamışam vallah, nə deyə bilərəm. Ona görə də bilmirəm”.


Şəbnəm Tovuzlunun “Hüseynova bacıları” verlişində suallara doğru-dürüst cavab verməməsi sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. İzləyicilər Şəbnəmin coğrafi biliklərini tənqid edərək, onu qınayıblar.


Məsələ ilə bağlı Oxu.Az-ın əməkdaşı Şəbnəm Tovuzlu ilə əlaqə saxlayıb.


Dəstəyi isə ifaçının köməkçisi Günel xanım qaldıraraq verlişdə yaşananlarla bağlı bunları söyləyib:


“Verlişdə öncədən Şəbnəm xanıma söylədilər ki, suallara bu variantda cavab verərsiz. Əvvəlcədən hazırlanmışdı. Bu, quramadır. Onların öz oyunları idi ki, verlişdə hər şey bu cür olsun”.

Açar sözlər
Şəbnəm Tovuz , Italiya , Dubay , Tovuz , Verl
Mədəniyyət xəbərləri
Moderator.az digər xəbərlər