Sədərək rayonunda növbəti əmək yarmarkası keçirilib

Sədərək rayonunda növbəti əmək yarmarkası keçirilib

Sədərək rayonunda növbəti əmək yarmarkası keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə rayon məşğulluq mərkəzinin direktoru Həsən Nəsirov çıxış edərək Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 18 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"nın muxtar respublikada sahibkarlığın, xüsusən kiçik sahibkarlığın inkişaf etdirilməsinə, yeni ehtiyatlar hesabına yeni iş yerlərinin açılmasına, regiondakı əmək ehtiyatlarının iqtisadi fəallığının yüksəldilməsinə xidmət etdiyini bildirib.

Qeyd edilib ki, dövlət proqramından irəli gələn vəzifələrin yerinə yetirilməsi üçün mərkəzin əməkdaşları rayondakı idarə, müəssisə və təşkilatlarda, sahibkarlıq subyektlərində boş iş yerləri haqqında məlumatlar toplayaraq həmin yerləri əmək yarmarkalarında işaxtaran vətəndaşlara təqdim edirlər.

İşaxtaran vətəndaş Mahmud Əliyev yarmarkanın təşkilində əməyi olanlara minnətdarlıq edərək bildirib ki, vətəndaşların müvafiq işlərlə təmin olunmasında əmək yarmarkalarının əhəmiyyəti böyükdür.

Sonra tədbir iştirakçıları idarə, müəssisə və təşkilatlar tərəfindən əmək yarmarkasına çıxarılmış boş iş yerləri ilə tanış olublar. Ümumilikdə 7 dövlət və özəl təşkilatlardan 90 boş iş yerinin çıxarıldığı tədbirdə 12 nəfərə işə düzəlmək üçün göndəriş verilib.

İqtisadiyyat xəbərləri
Sia.az digər xəbərlər