Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyevin Qazax rayonunda təxirə salınan qəbulu aprelin 29-na keçirilib.
Komitədən Publika.az-a verilən məlumata görə, qəbul aprelin 29-da saat 11:00-da Qazax şəhərindəki Heydər Əliyev Mərkəzində keçiriləcək.
Qəbul zamanı bölgədə yerləşən - Qazax, Tovuz, Ağstafa rayonlarının sakinlərinin, eləcə də bu bölgədə məskunlaşan məcburi köçkünlərin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.