Səfər Mehdiyev Sankt-Peterburqa gedib

Səfər Mehdiyev Sankt-Peterburqa gedib

Aprelin 25-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Avropa Regionu Gömrük Xidməti Rəhbərlərinin Konfransı öz işinə başlayıb. Dövlət Gömrük Komitəsindən "Olaylar"a bildirilib ki, beynəlxalq tədbirdə ölkəmizi Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir. Konfransda Ümumdünya Gömrük Təşkilatı Avropa regionunun tranzit sistemlərinin uyğunlaşdırılması, ÜGT-də əlavə dillərin istifadəsi, ÜGT-yə qoşulma ilə əlaqədar işçi qrupunun fəaliyyətinin nəticələri, ÜGT-də fəaliyyətin qiymətləndirilməsi alətinin hazırlanması,2019-2022-ci illər üzrə hazırlanacaq Strateji Planda Avropa regionunun prioritetləri, ÜGT-nin qayda və prosedurlarının təkmilləşdirilməsi, ÜGT-nin Regional Laboratoriyalarının texniki şərtlərinin qəbul edilməsi, ÜGT-nin Avropa regionunun ÜGT-nin Komitə və orqanlarında təmsil edilməsi, Bakıda yerləşən ÜGT-nin Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin rəhbəri vəzifəsinə namizədlərin təqdim edilməsi və digər məsələlərin müzakirəsi nəzərdə tutulur. Konfrans aprelin 26-dək davam edəcək.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Açar sözlər
Səfər Mehdiyev , Facebook , Dövlət Gömrük Komitəsi , Avropa Regional Ofis , Ümumdünya Gömrük Təşkilatı , Bakı , Sankt-Peterburq , Rusiya Federasiyası
İqtisadiyyat xəbərləri
BP və tərəfdaşları strateji idarəetmə üzrə beynəlxalq təcrübəni Azərbaycana gətirir

BP və tərəfdaşları strateji idarəetmə üzrə beynəlxalq təcrübəni Azərbaycana gətirir

25-04-2019 15:03 - Anews.az - İqtisadiyyat
*Azərbaycanda adaptiv liderlik bacarıqlarının və təcrübələrinin formalaşdırılması*Dyuk Universitetinin Fuqua Biznes Məktəbinə aid sertifikatlı proqramın yerli universitetə gətirilməsi*Yerli təşkilatlarda çevik və adaptiv biznes idarəetmə bacarıqlarının yaradılmasına yardımBP və onun Azəri-Çıraq-Günəşli, Bakı-Tbilisi-Ceyhan, Şahdəniz və Cənubi Qafqaz Boru Kəməri (CQBK) layihələrindəki tərəfdaşları – "SOCAR”, "TPAO”, "PETRONAS”, "Chevron”, "LUKOIL”, "NİCO”, "Equinor”, "INPEX”, "ExxonMobil”, "SGC”, "ITOCHU”, "ONGC”, "TOTAL”, "Eni” – bu gün Azərbaycana biznes təhsili üzrə beynəlxalq təcrübənin ötürülməsini dəstəkləyən yeni sosial sərmayə layihəsinin başlanmasını elan etdilər. Proqram məhz bu sahədə ölkədə potensialın yaradılmasına yardım edəcək və biz ölkədə bu potensialın yaradılması məqsədilə iki aparıcı universiteti - ADA Universitetini və Dyuk Universitetini bir araya gətirməkdən məmnunluq duyuruq.”ADA Universitetinin icraçı prorektoru Fariz İsmayılzadə dedi: "ADA Universiteti olaraq biz BP və tərəfdaşları ilə olan bu tərəfdaşlıqdan çox məmnunuq və inanırıq ki, bu tərəfdaşlıq şirkət rəhbərlərini cəlb etmək, onlara bazarda mühüm olan yeni səriştələr aşılamaq üçün bizim İxtisasartırma Təhsil proqramımıza yeni vasitələr təmin edəcək və Azərbaycanda potensialın yaradılması üzrə keçirilən proqramlarda universitetimizin aparıcı rolunu daha da möhkəmələndirəcək.”Layihənin dəyəri 882 000 dollardan çoxdur və layihə müddəti iki ildir.
Olaylar.az digər xəbərlər