Səfər Mehdiyev səfirlə görüşdü

Səfər Mehdiyev səfirlə görüşdü

Mayın 8-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Avstriya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bernd Aleksandr Bayerl ilə görüşüb.


Moderator.az-a daxil olan məlumata görə, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev iki ölkə arasındakı əməkdaşlıq münasibətlərindən danışıb, bu əlaqələrin dostluq və tərəfdaşlıq zəminində yüksələn xətlə inkişaf etdiyini bildirib.


Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə qeyri-neft sektorunun inkişafı, biznes mühiti və sahibkarlıq fəaliyyətinin yaxşılaşdırılması, beynəlxalq ticarətin asanlaşdırılması və sürətləndirilməsi, tranzit potensialının gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən də bəhs edən Komitə sədri sözügedən sahələrdə mühüm nailiyyətlərin əldə olunduğunu diqqətə çatdırıb. Səfər Mehdiyev ikitərəfli münasibətlərin genişlənməsində gömrük orqanlarının da üzərinə mühüm vəzifələrin düşdüyünü deyib, hər iki ölkənin gömrük xidmətləri arasında əməkdaşlığın dərinləşdirilməsi üçün qarşılıqlı fəaliyyət və təcrübə mübadiləsinin əhəmiyyətini qeyd edib.


Azərbaycan gömrüyündə geniş islahatlar proqramının həyata keçirildiyi barədə məlumat verən DGK sədri onu da qeyd edib ki, hazırda ölkənin gömrük sistemi Avropa gömrük modelinə uyğunlaşdırılır. Səfər Mehdiyev həmçinin elektron xidmətlərin səviyyəsinin yüksəldilməsi, ticarətin daha da asanlaşdırılması istiqamətində yeni normativ sənədlərin təsdiqi və yeni qaydaların tətbiqindən bəhs edib, malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün "Yaşıl dəhliz" buraxılış sistemindən istifadəyə xüsusi önəm verildiyini bildirib.


Görüşdə, eyni zamanda, qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.



İqtisadiyyat xəbərləri
Moderator.az digər xəbərlər