Səfər Mehdiyev ÜGT-nin Baş katibi ilə görüşüb

Səfər Mehdiyev ÜGT-nin  Baş katibi ilə görüşüb

Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev aprelin 25-də Sankt-Peterburq şəhərində Ümumdünya Gömrük Təşkilatının Baş katibi Kunio Mikuriya ilə görüşüb. Komitədən "Olaylar"a verilən məlumata görə, görüş Ümumdünya Gömrük Təşkilatının Avropa Regionu Gömrük Xidməti Rəhbərlərinin Konfransı çərçivəsində baş tutub. Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev ÜGT-nin Baş katibi Kunio Mikuriyanın bu ilin yanvarında Azərbaycana səfərindən sonra onunla yenidən görüşməkdən məmnun olduğunu bildirib. ÜGT ilə Azərbaycan gömrüyü arasında hər zaman səmərəli əməkdaşlıq əlaqələrinin qurulduğunu deyən Komitə sədri, bu əlaqələrin bundan sonra da inkişaf etdiriləcəyinə və birgə fəaliyyət nəticəsində yeni nailiyyətlərin əldə olunacağına əminliyini ifadə edib. Qeyd edilib ki, gömrük sistemində şəffaflığın təmin olunması və korrupsiya ilə mübarizə sahəsində atılan qətiyyətli addımların nəticəsi olaraq həm fiskal, həm də hüquqpozmalara qarşı mübarizə istiqamətində ciddi nailiyyətlər əldə olunub.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

İqtisadiyyat xəbərləri
Olaylar.az digər xəbərlər