Səfər Mehdiyevin qəbul vaxtı dəyişdirildi

Səfər Mehdiyevin qəbul vaxtı dəyişdirildi
26 Aprel 2019 [12:57]

Dövlət Gömrük Komitəsinin sədri (DGK) Səfər Mehdiyevin sabah Qazax rayonunda keçirilməsi planlaşdırılan vətəndaş qəbulunun vaxtı aprelin 29-na dəyişdirilib.


Mia.az DGK-ya istinadən bildirir ki, qəbul saat 11:00-da Qazax şəhərindəki Heydər Əliyev Mərkəzində keçiriləcək. Qəbul zamanı bölgədə yerləşən - Qazax, Tovuz, Ağstafa rayonlarının sakinlərinin, eləcə də bu bölgədə məskunlaşan məcburi köçkünlərin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.


Qəbulda iştirak etmək istəyən vətəndaşlar "195" Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsi (əlaqə telefonu: (012) 404-22-00), Qərb Ərazi Baş Gömrük İdarəsinin Tovuz gömrük postu (əlaqə telefonu: (022) 315-63-02) ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.

İqtisadiyyat xəbərləri
Mia.az digər xəbərlər