Səfər Mehdiyevin vətəndaş qəbulu təxirə salındı

Səfər Mehdiyevin vətəndaş qəbulu təxirə salındı

Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyevin aprelin 27-də Qazax rayonunda nəzərdə tutulan vətəndaş qəbulu təxirə salınıb. 

DGK-dan "Yeni Sabah"a verilən məlumata görə, qəbulun yeni tarixi barədə əlavə məlumat veriləcək.

Yenisabah.az
İqtisadiyyat xəbərləri
Yenisabah.az digər xəbərlər
Növbəti imtahanlar keçiriləcək

Növbəti imtahanlar keçiriləcək

24-04-2019 18:23 - Yenisabah.az - Mədəniyyət
DİM tərəfindən aprelin 28-də əvvəlki illərin məzunları üçün I,II,III və IV ixtisas qrupları üzrə qəbul imtahanının birinci mərhələsi, həmçinin V qrup üzrə ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı keçiriləcək. "Yeni Sabah" xəbər verir ki, imtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəki, Bərdə, Göyçay, Şirvan, Xaçmaz və Lənkəran şəhərlərində təşkil olunacaq. Dövlət İmtahan Mərkəzi tərəfindən 2019-cu il aprelin 28-də : – ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq istəyən əvvəlki illərin məzunları; – ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində buraxılış imtahanı çərçivəsində verilən xarici dil fənnindən fərqli xarici dil fənni üzrə iştirak etmək istəyən cari ilin məzunları;  – ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində orta məktəbdə təhsil aldıqları bölmədən fərqli bölmə üzrə iştirak etmək istəyən Azərbaycan və ya rus dili fənni üzrə imtahan verən cari ilin məzunları; – Azərbaycan və rus dilləri istisna olmaqla tədris digər dillərdə aparılan məktəblərin ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək istəyən və təhsil almaq istədikləri bölməyə uyğun Azərbaycan və ya rus dili fənni üzrə imtahan verən cari ilin məzunları; –xarici dil fənni tədris olunmayan məktəblərin ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək istəyən və elektron ərizə doldurarkən seçdikləri xarici dil fənni üzrə imtahan verən cari ilin məzunları; – üzrlü səbəbdən bu ay keçirilən buraxılış imtahanlarında (XI sinif) iştirak edə bilməyən cari ilin məzunları; – əvvəlki illərdə təhsil sənədi ala bilməyən və eksternat qaydasında imtahan verən məzunlar üçün imtahanlar keçiriləcək. İmtahanlar bütün binalarda eyni vaxtda saat 11:00-da başlanır.
Azərbaycan beynəlxalq sərgidə təmsil olunur

Azərbaycan beynəlxalq sərgidə təmsil olunur

24-04-2019 00:52 - Yenisabah.az - İKT
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndə heyəti Rusiyanın paytaxtı Moskva şəhərində bu gün öz işinə başlayan “Svyaz-2019” 31-ci Beynəlxalq İnformasiya-Kommunikasiya Texnologiyaları Sərgisində iştirak edir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən "Yeni Sabah"a  verilən məlumata görə, nazirliyin Aparat rəhbərinin müavini Zamin Nurəhmədovun rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibinə “Bakı Telefon Rabitəsi” MMC və “AzInTelecom” MMC-nin mütəxəssisləri daxildir. Nümayəndə heyəti sərgi çərçivəsində keçirilən forumda ölkəmizi təmsil edib, sərgiyə təşkil edilən VİP turda iştirak edərək sahə üzrə işgüzar münasibətlərin genişləndirilməsi üçün bir sıra görüşlər keçiriblər. Rusiyanın rəqəmli inkişaf, rabitə və kütləvi kommunikasiyalar nazirinin müavini Oleq İvanovla ikitərəfli görüşdə informasiya-kommunikasiya texnologiyaları sahəsində ölkələrarası əməkdaşlıq müzakirə olunub. Aprelin 26-da başa çatacaq sərgidə Azərbaycanla yanaşı, 15 ölkədən – Belarus, Almaniya, İsrail, İran, İtaliya, Kipr, Çin, Koreya, Latviya, Niderland, Rusiya, Rumıniya, ABŞ, Finlandiya, Fransadan 392 şirkət iştirak edir. Sərgidə stasionar, mobil, peyk və optik-lif rabitəsi, şəbəkə, telekommunikasiya və server avadanlığı, kabel, peyk televiziya və radio yayımı sistemləri, proqram təminatı, informasiya təhlükəsizliyi, virtuallaşdırma, internet texnologiyaları, elektron ticarət sahəsində həllər və xidmətlər təqdim olunur. 1975-ci ildən keçirilən "Svyaz" (Rabitə) sərgisi MDB və Şərqi Avropada telekommunikasiya və informasiya texnologiyaları sahəsində ən böyük tədbir hesab edilir. Sərgidə qabaqcıl nailiyyət və texnologiyalar nümayiş etdirilir, növbəti il üçün bazarın inkişaf perspektivləri müəyyənləşdirilir.