Səfir Daşqın Şikarovun adı Xarici İşlər Nazirliyinin saytından çıxarıldı - FOTO

Səfir Daşqın Şikarovun adı Xarici İşlər Nazirliyinin saytından çıxarıldı
- FOTO

Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfiri Daşqın Şikarovun adı ətrafında müəmma davam edir.


Bir müddət əvvəl "haqqin.az" saytı Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfiri Daşqın Şikarovun geri çağırıldığı barədə informasiya yaymışdı.


Moderator.az xəbər verir ki, Modern.az saytı yayılan məlumatı Xarici İşlər Nazirliyindən (XİN) dəqiqləşdirməyə çalışsa da, bu barədə rəsmi informasiya verilməyib.


Bununla belə məlum olub ki, XİN-in saytındakı “Azərbaycan Respublikasının xaricdəki nümayəndəlikləri” bölməsindən Birləşmiş Ərəb Əmirlikləri üzrə fövqəladə və səlahiyyətli səfirin adı çıxarılıb. Yəni əvvəllər həmin qrafada Daşqın Şikarovun adı yazılmışdı.


Bu isə dolayısı ilə D.Şikarovun Birləşmiş Ərəb Əmirliklərindəki səfir postundan geri çağırıldığını təsdiqləyir.


Bu xəbər yazılmazdan öncə Daşqın Şikarovla da əlaqə yaradılmışdı. Keçmiş səfir qısa olaraq bunları demişdi:


“Təəssüf ki, bəzi mətbuat səhifələrində haqqımda xoş olmayan məlumatlar yayıldı. Hətta erməni saytları da bu məlumatı böyük canfəşanlıqla yaydı. Hər zaman vətənimə, dövlətimə, cənab Prezidentimizə sadiq qalmışam. Yayılan şər-böhtanla bağlı sosial şəbəkədə müqəddəs Qurandan ayə paylaşmaqla kifayətləndim. Başqa heç bir şərh vermək istəmirəm”.


Qeyd edək ki, Daşqın Şikarov daha əvvəllərAzərbaycanın Pakistanda və Əfqanıstandakı diplomatik missiyalarına başçılıq edib. O, Azərbaycanın BƏƏ-də səfiri vəzifəsinə 2016-cı ilin yanvarında təyin edilmişdi.


Siyasət xəbərləri
Moderator.az digər xəbərlər