Səfir: Niderland Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini dəstəkləyir

Səfir: Niderland Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini dəstəkləyir

Niderland Azərbaycan və Ermənistan liderlərinin, həmçinin xarici işlər nazirlərinin görüşlərinin nəticələrinin səmərəli olacağına ümid edir. Bizim ölkəmiz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini dəstəkləyir.
Xezerxeber.az xəbər verir ki, bu fikirləri Niderlandın Azərbaycandakı səfiri Onno Kervers ölkəsinin milli bayramı-Kral Gününə həsr olunan brifinqdə bildirib.
Niderland ilə Azərbaycan arasında yaxşı əlaqələrin mövcud olduğunu söyləyən səfir qeyd edib ki, ikitərəfli əlaqələr getdikcə güclənir. Hər iki ölkə kənd təsərrüfatı sahəsinə xüsusi önəm verir. Diplomat deyib: "Məlum olduğu kimi, Niderland dünyada böyük qida ixracatçısı kimi tanınır və ölkədə kənd təsərrüfatı sektoru kifayət qədər inkişaf edib. Azərbaycanda da kənd təsərrüfatının inkişafı prioritet istiqamətdir. Ona görə də bu sahədə ölkələrimizin əməkdaşlığı üçün geniş imkanlar mövcuddur. Bu ilin mayın keçiriləcək "Caspian Agro” sərgisində ardıcıl olaraq dördüncü dəfə Niderlandın narıncı pavilyonu yer alacaq. Bu mühüm sərgidə təxminən iyirmi holland şirkəti təmsil olunacaq”.
Səfir bildirib ki, ölkələrimiz arasında təkcə iqtisadi və siyasi münasibətlər yox, həm də elm, təhsil, idman, mədəniyyət sahələrində də güclü əlaqələr mövcuddur. Ötən ildə səfirliyimizin nümayəndələri Azərbaycanın regionları ilə münasibətləri gücləndirmək məqsədilə Naxçıvan Muxtar Respublikasına, Qobustana, Astaraya, Lənkərana, Gəncəyə, Mingəçevirə, Ağdama məhsuldar səfərlər ediblər.

Siyasət xəbərləri
Xezerxeber.az digər xəbərlər