Səhər yeməyindən imtina etmək təhlükəlidir

Səhər yeməyindən imtina etmək təhlükəlidir

Səhər yeməyindən imtina etmək insan orqanizmi üçün təhlükəlidir.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, Amerika Kardioloqlar Cəmiyyətinin məsələ ilə bağlı tədqiqatı elmi jurnalda dərc edilib. Məlum olub ki, səhər yeməyindən imtina etmək ürək-damar sistemi xəstəliklərindən ölmə riskini artırır.

Mütəxəssislər "National Health and Nutrition Examination Survey"in hesabatlarını incələyiblər. Bu sorğularda yaşı 40-75 arası dəyişən 6500 insan iştirak edib. Məlumatlar 1988-1994-cü illəri əhatə edir.

Məlum olub ki, uzun müddət səhər yeməyindən imtina edən insanlarda piylənmə riski artır, xolesterin miqdarı, qan təzyiqi artır, şəkər xəstəliyinə yoluxurlar. Bu faktorlar isə ilk növbədə ürək-damar sistemi xəstəlikləri ilə nəticələnir.

Milli.Az

İKT xəbərləri
Azərbaycan beynəlxalq sərgidə təmsil olunur

Azərbaycan beynəlxalq sərgidə təmsil olunur

24-04-2019 00:52 - Yenisabah.az - İKT
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndə heyəti Rusiyanın paytaxtı Moskva şəhərində bu gün öz işinə başlayan “Svyaz-2019” 31-ci Beynəlxalq İnformasiya-Kommunikasiya Texnologiyaları Sərgisində iştirak edir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən "Yeni Sabah"a  verilən məlumata görə, nazirliyin Aparat rəhbərinin müavini Zamin Nurəhmədovun rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibinə “Bakı Telefon Rabitəsi” MMC və “AzInTelecom” MMC-nin mütəxəssisləri daxildir. Nümayəndə heyəti sərgi çərçivəsində keçirilən forumda ölkəmizi təmsil edib, sərgiyə təşkil edilən VİP turda iştirak edərək sahə üzrə işgüzar münasibətlərin genişləndirilməsi üçün bir sıra görüşlər keçiriblər. Rusiyanın rəqəmli inkişaf, rabitə və kütləvi kommunikasiyalar nazirinin müavini Oleq İvanovla ikitərəfli görüşdə informasiya-kommunikasiya texnologiyaları sahəsində ölkələrarası əməkdaşlıq müzakirə olunub. Aprelin 26-da başa çatacaq sərgidə Azərbaycanla yanaşı, 15 ölkədən – Belarus, Almaniya, İsrail, İran, İtaliya, Kipr, Çin, Koreya, Latviya, Niderland, Rusiya, Rumıniya, ABŞ, Finlandiya, Fransadan 392 şirkət iştirak edir. Sərgidə stasionar, mobil, peyk və optik-lif rabitəsi, şəbəkə, telekommunikasiya və server avadanlığı, kabel, peyk televiziya və radio yayımı sistemləri, proqram təminatı, informasiya təhlükəsizliyi, virtuallaşdırma, internet texnologiyaları, elektron ticarət sahəsində həllər və xidmətlər təqdim olunur. 1975-ci ildən keçirilən "Svyaz" (Rabitə) sərgisi MDB və Şərqi Avropada telekommunikasiya və informasiya texnologiyaları sahəsində ən böyük tədbir hesab edilir. Sərgidə qabaqcıl nailiyyət və texnologiyalar nümayiş etdirilir, növbəti il üçün bazarın inkişaf perspektivləri müəyyənləşdirilir.
Milli.az digər xəbərlər