"Şəhərin ən məşhur restoranlarından birinin mətbəxində dəhşətli biabırçılığın şahidi olduq”

"Şəhərin ən məşhur restoranlarından birinin mətbəxində dəhşətli biabırçılığın şahidi olduq”

“Fisincan” restoranı şəhərin ən məşhur restoranlarından biridir, amma oranın mətbəxində dəhşətli biabırçılığın şahidi olduq”


“Şəhərin mərkəzində olan ən prestijli restoranın mətbəxində dəhşətli vəziyyətin şahidi olduq. Sən demə, bura yeməklər başqa yerdən bişirilib gətirilir, soyuducuda saxlanılır və orda da müştərilərə verilir”


Bunu Moderator.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov restoranların mətbəxindəki antisanitariyadan danışarkən deyib. Qurum sədri bildirib ki, vətəndaşlar mətbəxi göz qabağında olan restoranlara üstünlük verməlidir:


“Bir vaxt bizim televiziya proqramı çərçivəsində “Yoxlama” verilişində restoranlarda çoxsaylı hadisələrin şahidi olduq. Məlum oldu ki, restoranların vətəndaşlar əyləşən zalıyla, mətbəxi bir-birindən fərqlənir. Şəhərin mərkəzində yerləşən ən prestijli restoranın mətbəxində dəhşətli vəziyyətin şahidi olduq. Sən demə, bura yeməklər başqa yerdən bişirilib gətirilir, soyuducuda saxlanılır və orda da müştərilərə verilir. Bər-bəzəkli restoranda oturan vətəndaş da elə bilir ki, ona burda təzə yemək bişirirlər. Biz yalnız bir restoranın zalında monitor qoymağa nail olduq. O monitor vasitəsilə restoranın zalında əyləşən müştəri mətbəxdə nə baş verdiyini görə bilir. Dünyanın bir çox ölkələrində belə bir təcrübə var. Düşünürəm ki, hər bir restoranda bu cür monitorlar yerləşdirilməlidir, çünki vətəndaşlar yemək yediyi restoranın mətbəxində baş verən antisanitariyadan xəbərsizdir.


Hansı restoranın mətbəxi göz qabağındadırsa, insanlar ora üstünlük verməlidir. İnsanlarımız bər-bəzəkli zala aldanmasınlar. “Fisincan” restoranı şəhərin ən məşhur restoranlarından biridir, amma oranın mətəbəxində dəhşətli biabırçılığın şahidi olduq”.


Vasif Əlihüseyn

Mədəniyyət xəbərləri
Moderator.az digər xəbərlər