“Səhhətim babatdı, imkan olsa, bir neçə filmə də çəkiləcəm...” - Xalq artisti...

“Səhhətim babatdı, imkan olsa, bir neçə filmə də çəkiləcəm...”  - Xalq artisti...

Uzun zamandır ki, səhhətindəki problemlərdən əziyyət çəkən xalq artisti Ramiz Əzizbəyli “Sən anlat Hacıqabul” komediyasına çəkilib. Bu haqda mediaya filmin resjissoru Ramil Adiloğlu məlumat verib.


Xalq artisti R.Əzizbəyli Moderator.az-a açıqlamasında məlumatı təsdiqləyib və özünü yaxşı hiss etdiyini bildirib:


“Bildiyiniz kimi axırıncı dəfə əməliyyat olundum, ayaq barmaqlarımı amputasiya etdilər. İndi Allah şükür ki, səhhətim babatdır. “Sən anlat Hacıqabul” filminə çəkilməyim doğrudur, İnşallah səhhətim imkan verərsə, yenə də bir neçə filmə çəkiləcəm. Diqqətiniz üçün hamınıza təşəkkür edirəm, bayramınız mübarək”.

R.Adiloğlunun verdiyi məlumata görə film tezliklə təqdim olunacaq və Ramiz Əzizbəylini sevənlər onu ekranlarda maraqlı aktyor oyunu ilə görəcəklər. “Sən anlat Hacıqabul” filmi “Aşkarlanmış lent” (Found footage) janrında çəkilən Azərbaycanda ilk ekran əsəridir.


Xatırladaq ki, xalq artisti Ramiz Əzizbəyli bir neçə ildir iflic, yüksək qan təziyiq və şəkərdən əziyyət çəkir.


Vasif Əlihüseyn


Açar sözlər
Ramiz Əzizbəyli , Azərbaycan , Hacıqabul
Mədəniyyət xəbərləri
Moderator.az digər xəbərlər