Şəhid Ağahüseyn Aslanovun xatirəsi anılıb

Şəhid Ağahüseyn Aslanovun xatirəsi anılıb

İsmayıllı, 26 aprel, AZƏRTAC

1994-cü ildə Dağlıq Qarabağda döyüşlərdə şəhid olan polis polkovnik-leytenantı Ağahüseyn Aslanovun xatirəsi təhsil aldığı İsmayıllı şəhər 2 saylı orta məktəbdə anılıb. Mərasimdə məktəbin şagird və müəllim kollektivi, şəhidin ailə üzvləri və yaxınları, rayon ağsaqqalları, ziyalılar iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhid Ağahüseyn Aslanovun xatirəsi bir dəqiqəlik sükutla yad edilib, məktəbin qarşısındakı büstünün önünə gül dəstələri qoyulub.

Məktəbin direktoru Ramil Dadaşov anım mərasimində şəhidin keçdiyi şərəfli həyat yolu barədə danışıb. Qeyd edib ki, orta məktəbi müvəffəqiyyətlə bitirən, polis polkovnik-leytenantı rütbəsinədək yüksələn Ağahüseyn Aslanov 4 övlad atasıdır. Övladlarından biri atasının yolu ilə gedib və polis zabitidir.

Mərasimdə rayon Ağsaqqallar Şurasının sədri Valeh Salehov, ziyalılar Qalib Bəşirov, Əhmədağa Ələkbərov və başqaları çıxış edərək şəhid Ağahüseyn Aslanov barədə xatirələrini danışıblar.

Şəhidin yaxın qohumu Allahverdi Aslanov tədbirin təşkilatçılarına təşəkkür edib, ölkəmizdə şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Sonda şagirdlər şəhidlərə, Vətənə həsr olunan mahnılar oxuyublar.

Açar sözlər
Ilham Əliyev , Ramil Dadaşov , Valeh Salehov , Ağahüseyn Aslanov , Qalib Bəşirov , Allahverdi Aslanov , Əhmədağa Ələkbərov , Qarabağ , Ismayıllı
Siyasət xəbərləri
Deputatlar Minskə gedir

Deputatlar Minskə gedir

26-04-2019 21:17 - Yenisabah.az - Siyasət
Milli Məclisinin deputatları – ATƏT Parlament Assambleyasının (ATƏT PA) vitse-prezidenti, ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupunun sədri Azay Quliyev və ölkəmizin ATƏT PA-dakı nümayəndə heyətinin üzvü Tahir Mirkişili aprelin 28-dən 30-dək Belarusun Minsk şəhərində keçiriləcək İpək Yoluna Dəstək Qrupunun ikinci beynəlxalq konfransında iştirak edəcəklər. "Yeni Sabah" xəbər verir ki, Belarus Parlamentinin və ATƏT PA-nın birgə təşkilatçılığı ilə keçiriləcək və “Bir kəmər, bir yol: davamlı inkişaf və tərəqqi üçün əməkdaşlığın dərinləşdirilməsi” mövzusuna həsr edilən konfransda İpək Yoluna Dəstək Qrupuna üzv olan dövlətlərin və digər ATƏT PA ölkələrinin parlament, hökumət və özəl sektor təmsilçiləri, eləcə də beynəlxalq təşkilatların, Belarusdakı diplomatik korpusun və ATƏT regionunda həyata keçirilən beynəlxalq infrastruktur layihələrinin yüksək vəzifəli nümayəndələrinin iştirakı nəzərdə tutulub. Konfransda “Bir kəmər, bir yol” təşəbbüsünün həyata keçirilməsi iqtisadi artım və iştirakçı dövlətlərin investisiya cəlbediciliyinin gücləndirilməsinə təsir edən amil kimi: mövcud problemlər və inkişaf yolları”; “Beynəlxalq infrastruktur layihələrinin həyata keçirilməsi – “Bir kəmər, bir yol” təşəbbüsünün uğuru üçün əsaslar” və “İştirakçı dövlətlərin humanitar sahədə əməkdaşlığının və turist cəlbediciliyinin artırılması üçün “Bir kəmər, bir yol” təşəbbüsünün potensialından istifadə” mövzularında panel iclasları keçiriləcək.
Azertag.az digər xəbərlər