Şəhid Ağahüseyn Aslanovun xatirəsi anılıb - FOTO

Şəhid Ağahüseyn Aslanovun xatirəsi anılıb - FOTO
Ordu.az xəbər verir ki, şəhid Ağahüseyn Aslanovun xatirəsi bir dəqiqəlik sükutla yad edilib, məktəbin qarşısındakı büstünün önünə gül dəstələri qoyulub.

Məktəbin direktoru Ramil Dadaşov anım mərasimində şəhidin keçdiyi şərəfli həyat yolu barədə danışıb. Qeyd edib ki, orta məktəbi müvəffəqiyyətlə bitirən, polis polkovnik-leytenantı rütbəsinədək yüksələn Ağahüseyn Aslanov 4 övlad atasıdır. Övladlarından biri atasının yolu ilə gedib və polis zabitidir.

Mərasimdə rayon Ağsaqqallar Şurasının sədri Valeh Salehov, ziyalılar Qalib Bəşirov, Əhmədağa Ələkbərov və başqaları çıxış edərək şəhid Ağahüseyn Aslanov barədə xatirələrini danışıblar.

Şəhidin yaxın qohumu Allahverdi Aslanov tədbirin təşkilatçılarına təşəkkür edib, ölkəmizdə şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Sonda şagirdlər şəhidlərə, Vətənə həsr olunan mahnılar oxuyublar.

Açar sözlər
Ilham Əliyev , Ramil Dadaşov , Valeh Salehov , Ağahüseyn Aslanov , Qalib Bəşirov , Allahverdi Aslanov , Əhmədağa Ələkbərov
Siyasət xəbərləri
Ordu.az digər xəbərlər