Səhiyyə naziri Şəkidə beş rayonun sakinlərini qəbul etdi

Səhiyyə naziri Oqtay Şirəliyev Şəki Rayon Mərkəzi Xəstəxanasında Balakən, Zaqatala, Oğuz, Şəki və Qax rayon sakinlərini qəbul edib.
Bu barədə nazirliyin mətbuat katibi Pərviz Abubəkirov məlumat verib. Abubəkirov deyib ki, qəbulda vətəndaşların sağlamlıq problemləri, işlə təminat və digər məsələlərlə bağlı müraciətlər dinlənilib.
Vətəndaşların müraciətində qaldırılan məsələlər nazirliyin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə araşdırılıb, onların bəziləri yerində həllini tapıb.
Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər aidiyyəti üzrə çatdırılması üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.
Virtualaz.org
Açar sözlər
Oqtay Şirəliyev
, Şəki Rayon Mərkəzi Xəstəxanası
, Şəki
, Zaqatala
, Balakən
, Oğuz
, Qax