Səhiyyə naziri Şəkidə vətəndaşları qəbul edib

Səhiyyə naziri Şəkidə vətəndaşları qəbul edib

Bakı, 26 aprel, AZƏRTAC

Prezident İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağı müraciətlərinin həllinə kömək göstərirlər.

Növbəti belə qəbul aprelin 26-da Şəki Mərkəzi Rayon Xəstəxanasında keçirilib.

Səhiyyə Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qəbul zamanı nazir Oqtay Şirəliyev Şəki, Balakən, Zaqatala, Oğuz və Qaxdan olan vətəndaşların sağlamlıq problemləri, işlə təminat və s. məsələlərlə bağlı müraciətlərini dinləyib.

Vətəndaş müraciətlərində qaldırılan məsələlər nazirliyin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə araşdırılıb. Müraciətlərin bəziləri yerindəcə həllini tapıb.

Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər aidiyyəti üzrə çatdırılması üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.

Açar sözlər
Ilham Əliyev , Oqtay Şirəliyev , Səhiyyə Nazirliyi , Mərkəzi Rayon Xəstəxanası , Bakı , Şəki , Zaqatala , Balakən , Oğuz , Qax
İqtisadiyyat xəbərləri
Azertag.az digər xəbərlər
Mayda AZAL və “Buta Airways”in reysləri 2 gün dəyişdirilmiş qrafik üzrə yerinə yetiriləcək

Mayda AZAL və “Buta Airways”in reysləri 2 gün dəyişdirilmiş qrafik üzrə yerinə yetiriləcək

26-04-2019 12:07 - Azertag.az - İqtisadiyyat
Mayın 29 və 30-da uçuşlar aşağıdakı cədvələ əsasən yerinə yetiriləcək.29 may (yerli vaxt göstərilib, “+” növbəti gündəki vaxtı işarə edir)Reysin nömrəsi MarşrutBakıdan uçuşTəyinat məntəqəsinə gəlişTəyinat məntəqəsindən uçuşBakıya gəlişJ2-003/004Bakı-Ankara-Bakı20:0021:3022:3001:50+J2-011/012Bakı-Dubay-Bakı04:5007:4510:1013:10J2-026Antalya-Bakı 16:0019:50J2-076İstanbul (IST)-Bakı 16:3020:15J2-9683/9684Kiyev(IEV)-Bakı(Buta Airways) 16:1020:30J2-9575/9576Bakı-Kazan- Bakı(Buta Airways)20:0021:5022:5002:50+J2-9717/9718Bakı-Mineralnıye Vodı-Bakı(Buta Airways) 21:0021:4022:4001:05+J2-809/810Bakı-Moskva (VKO)-BakıReyslər ləğv edilibJ2-079/080Bakı - İstanbul-BakıReyslər ləğv edilibJ2-852/851Bakı- Moskva (DME)- BakıReyslər ləğv edilibJ2-255Bakı-NaxçıvanReys ləğv edilibJ2-254Naxçıvan- BakıReys ləğv edilib30 may (yerli vaxt göstərilib)Reysin nömrəsiMarşrutBakıdan uçuşTəyinat məntəqəsinə gəlişTəyinat məntəqəsindən uçuşBakıya gəlişJ2-011/012Bakı-Dubay-Bakı12:4015:3516:4519:45J2-827Bakı-Moskva (VKO)02:4505:00 J2-852/851Bakı- Moskva (DME)- Bakı11:4013:5014:5018:40J2-9111/9112Bakı-Alanya-Bakı(Buta Airways)12:3014:3015:3019:20J2-9685/9686Bakı-Odessa-Bakı(Buta Airways)12:1514:4015:4019:40J2-239Bakı–GəncəReys mayın 29-na keçirilib uçuş: 08:00, eniş: 09:00J2-021/322Bakı –Təl-Əviv –BakıReyslər ləğv edilibJ2-075/076Bakı – İstanbul (IST)-BakıReyslər ləğv edilibJ2-9103/9104Bakı – İstanbul (SAW)-Bakı (Buta Airways)Reyslər ləğv edilibJ2-9223/9224Bakı-Tbilisi-Bakı(Buta Airways)Reyslər ləğv edilibJ2-9017/9018Bakı -Tehran - Bakı(Buta Airways)Reyslər ləğv edilibJ2-251Bakı-NaxçıvanReys ləğv edilibJ2-258Naxçıvan-BakıReys ləğv edilibSadalanan reyslərin sərnişinləri aviabiletin alınması zamanı göstərilən telefon nömrələri vasitəsilə aviaşirkətin proseduruna uyğun olaraq məlumatlandırılacaqlar.