Səhiyyə Nazirliyindən gəmidəki qəza ilə bağlı AÇIQLAMA


Xəzər dənizində, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə məxsus “İsrafil Hüseynov” borudüzən gəmisinin borudüzmə zonasında baş vermiş qəza nəticəsində ümumilikdə 14 nəfər xəsarət alıb. Bu barədəSəhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəriPərviz Abubəkirovməlumat verib.

O bildirib ki, xəsarət alanlardan 7 nəfər reanimasiyaya yerləşdirilib: “Reanimasiyada olan yaralılardan 3 nəfərin vəziyyəti ağırdır”.

P. Abubəkirov qeyd edib ki, xəsarət alanlardan 7 nəfərstasionar şəraitdə müalicə olunur.

Qeyd edək ki, ötən gün axşam saatlarında “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin balansında olan “İsrafil Hüseynov” borudüzən gəmisinin borudüzmə zonasında texnoloji avadanlıqların birində qəza baş verib. “Saipem” şirkəti tərəfindən icarəyə götürülmüş gəmidə hadisə nəticəsində yanğın baş verib. 14 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb və Mərkəzi Neftçilər Xəstəxanasına çatdırılıb.

Hadisə xəbərləri
Bizimxeber.az digər xəbərlər