Şəhriyar dünya çempionu ilə heç-heçə etdi

Şəhriyar dünya çempionu ilə heç-heçə etdi

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov "ShamkirChess 2019" superturnirində növbəti görüşünü başa vurub.

Teleqraf.com xəbər verir ki, 34 yaşlı qrossmeyster V turda hazırkı dünya çempionu norveçli Maqnus Karlsenlə üz-üzə gəlib. Dueldə qalib müəyyənləşməyib - 0,5:0,5.

Hazırda David Navara (Çexiya) - Dinq Liren (Çin), Vişvanatan Anand (Hindistan) - Aniş Giri (Hollandiya) və Alekandr Qrişuk (Rusiya) - Veselin Topalov (Bolqarıstan) qarşılaşmaları davam edir. Teymur Rəcəbov isə Rusiya təmsilçisi Sergey Karyakinlə heç-heçə edib.

Qeyd edək ki, 5 turdan sonra Şəhriyar Məmmədyarovun 2, Maqnus Karlsenin isə 3,5 xalı var.

İdman xəbərləri
Teleqraf.com digər xəbərlər