Şəmkir rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində ölənlərin şəxsiyyəti məlum olub

Şəmkir rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində ölənlərin şəxsiyyəti məlum olub

Bakı, 8 may, AZƏRTAC

Şəmkir rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsində ölənlərin şəxsiyyəti məlum olub.

AZƏRTAC xəbər verir ki, 20 EA 347 dövlət nömrə nişanlı “QAZel” markalı mikroavtobus ilə 57 CC 793 dövlət nömrə nişanlı “VAZ-2107” markalı minik avtomobilinin toqquşması zamanı minik avtomobilinin sürücüsü Vidadi Gülməmmədov, sərnişinlər Sücaət Gülməmmədova və Ayxan Gülməmmədov hadisə yerində ölüblər.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

Hadisə xəbərləri
Azertag.az digər xəbərlər