Şəmkirdə avtobus aşdı: 3 ölü, 7 nəfər yaralı

Şəmkirdə avtobus aşdı: 3 ölü, 7 nəfər yaralı

Şəmkir rayonu ərazisində baş verən avtobus qəzası nəticəsində 3 nəfər dünyasını dəyişib.

Səhiyyə Nazirliyindən SİA-ya verilən məlumata görə, hadisə nəticəsində 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb: "Yaralılar Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan birinin vəziyyəti ağır, 6-sının vəziyyəti isə orta ağır qiymətləndirilir. Hazırda xəstələrə tibbi yardım göstərilir".

Xatırladaq ki, Şəmkir rayonunun Qaracəmilli kəndində Şəmkir-Qaracəmilli marşrutu üzrə hərəkət edən avtobus yoldan çıxaraq aşıb.

Faktla bağlı araşdırma aparılır.

loading...

Hadisə xəbərləri
Sia.az digər xəbərlər