Səmkirdə dəhşətli yol qəzası 3 ölü 10 yaralı


Səmkirdə sərnişin daşıyan mikroavtobusun aşması nəticəsində 3 nəfər həyatını itirib. SİA-nın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, 10-a yaxın yaralı var.

Yaralıların bəziləri Səmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, bəziləri isə Gəncə səhərinə gətirilib. Hadisə Qaracəmilli avtomobil yolunda qeydə alınıb. Hazırda ərazidə aidiyəti qurumlar tərəfindən qəzanın səbəbləri araşdırılır.

loading...

Hadisə xəbərləri
Sia.az digər xəbərlər