Şəmkirdə iki maşın toqquşub: Ölən və yaralılar var

Şəmkirdə iki maşın toqquşub:
 Ölən və yaralılar var

Aprelin 19-da saat 15 radələrində Şəmkir rayonunun Seyfəli kəndi ərazisində Gəncə şəhər sakini Vüsal Nağıyevin idarə etdiyi “VAZ-21074” və Qazax rayon sakini V.İsmayılovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.


DİN-in Mətbuat Xidmətindən Moderator.az -a verilən məlumata görə, nəticədə V.Nağıyev hadisə yerində ölüb, V.İsmayılovun isə 2 sərnişini xəstəxanaya yerləşdirilib. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Açar sözlər
Vüsal Nağıyev , Mercedes , Baş Istintaq Və Təhqiqat Idarəsi , Qazax , Gəncə , Şəmkir
Hadisə xəbərləri
Moderator.az digər xəbərlər